AFFA kürdüstan bayrağından danışdı

14.10.2014 | 4025 dəfə oxunub

AFFA Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Melis Sarıaltınla bağlı qalmaqala rəsmi münasibət bildirib. Stadium.Az xəbər verir ki, assosiasiyanın baş katibi Elxan Məmmədov Almaniya "Bayer”inə məxsus yarımmüdafiəçinin Düsseldorfda İŞİD terrorçularının Suriyada kürdlərin yaşadığı Kobaniyə hücumuna etiraz aksiyalarına qoşulmasına, əyninə "Kurdistan” ("Kürdüstan") yazılmış köynək geyinib, PKK terrorçularının lideri Abdullah Öcalanın fotosunu əks etdirən bayrağa sarılmasını pisləyib.
 
Məmmədov belə halların əleyhinə olduğunu qeyd edib: "Qeyd etmək istərdim ki, idman, o cümlədən futbol siyasətdən uzaq olmalıdır. Melis Sarıaltın aşağı yaş qruplarından ibarət yığma komandamızın heyətində oynayıb. Bir Azərbaycan vətəndaşı olaraq, onun bu hərəkətini – tanınmamış bir ölkənin bayrağını təbliğ etməsinin əleyhinəyəm”.
 
Melis "facebook”dakı profilində paylaşdığı fotoya "Kobani yalqız deyil” statusunu yazıb. Onun da sıralarında olduğu nümayişçilər PKK lideri Öcalanın şəkli olan bayraq qaldırıblar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail