“Qarabağ”: 672 gün və 659 dəqiqə

22.09.2014 | 3278 dəfə oxunub

Azərbaycan çempionu “Qarabağ” üçün Topaz Premyer Liqasının VI turu uğurlu alınıb. Stadium.Az xəbər verir ki, Ağdam təmsilçisi Zaqatalanın “Simurq” klubu ilə ev oyununda uğursuz seriyanı qırıb. Belə ki, son 6 matçda rəqibinə qalib gələ bilməyən, hətta qol sevinci də yaşamayan Qurban Qurbanovun yetirmələri 1:0 hesabı ilə 3 xal əldə edib. 2012-ci il noyabrın 18-də öz meydanında 2:1 hesabı ilə qalib gələn “Qarabağ” 672 gündən sonra rəqibini məğlub edə bilib. Həmin matçın 35-ci dəqiqəsində avtoqola üzülən Elçin Süleymanovdan sonra 659 dəqiqəlik qol həsrəti yaşayan “Qarabağ” bu dəfə Vüqar Nadirovla “Simurq”u məyus edib. O, 64-cü dəqiqədə görüşün taleyini həll edən qola imza atıb. (pfl.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail