Onlar Gəncə futbolna can yandıranlardır VİDEO

18.09.2014 | 3627 dəfə oxunub

Gəncə şəhər stadionunda gənc qapıçıların yetişdirilməsi ilə bağlı master klass dərsləri davam edir. Stadium.Az xəbər verir ki, məşğələləri "Kəpəz" futbol klubunun təcrübəli veteran qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov aparır. Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimə 20-yə yaxın yeniyetmə qapıçı dəvət edib. Məşqçilər növbəti təlimdə gənc qapıçılara bu mövqedə oynamağın yollarını izah edib, öz təcrübələri ilə bölüşüb, ardınca isə yungül məşqlərlə kifayətləniblər. Gənclərin təcrübəli qapıçıların bilik və bacarığından faydalanması üçün belə məşqlərin müntəzəm olaraq təşkil olunması nəzərdə tutulub. Mərkəzdə bildiklərini uşaqlara öyrətməkdə əlindən gələni edən məşqçi müəllim Xəyal Zeynalov belə məşğələlərin keçirilməsini çox yüksək qiymətləndirib və bundan sonra da qapıçılarla ustad dərslərinin təşkilində əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib: “Bizə göstərilən diqqətə və dəstəyə görə hər kəsə təşəkkür edirik. Əsas məqsədimiz Gəncədə istedadlı qapıçıları üzə çıxarmaq və aşağı yaş qrupu üzrə komandaların qapıçılarına təcrübə qazandırmaqdır. İlk dəfə olaraq Gəncədə mən və həmkarım Tariyel Hüseynov bir qapıçı məktəbi yaratmışıq. Məqsədimiz Azərnaycan futboluna faydalı olacaq futbolçuları ortaya çıxartmaqdır”. 
Qeyd edək ki, bir neçə dəfə milli komandaya dəvət alan Xəyal Zeynalov uzun müddət Gəncənin “Kəpəz” komandasının əsas qapıçısı olub. Zeynalov “Kəpəz”in heyətində 1 dəfə Azərbaycan kubokunu, 2 dəfə isə Ölkə çempionluğunu qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail