Bakıda "Mançester Yunayted" Futbol Məktəbi açılır

15.09.2014 | 3545 dəfə oxunub

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası klubun rəsmi Telekommunikasiya və Yayım tərəfdaşı olan Bakcell şirkəti ilə əməkdaşlıq edəcək

 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkəti və İngiltərənin Mançester Yunayted futbol klubu arasında Bakcell şirkətinin dəstəyi ilə baş tutan yeni tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərəcək Mançester Yunayted Futbol Məktəbinin açılacağını elan edir.
 
İlkin mərhələdə, Akademiyanın istedadlar qruplarında hər birində 16 uşaq olmaqla 32 uşaq oxuyacaq. İstedadlar qruplarında təhsil pulsuz olacaq. Uşaqlar hər bir kateqoriya üzrə Mançester Yunayted klubundan ezam olunan məşqçilər tərəfindən seçim prosesində seçiləcəklər.
 
İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq:
1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq
2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaq
 
Məşqlər Mançester Yunayted futbol məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq (məşqdən əvvəl həftədə ən azı iki dəfə). İstedadlar qruplarının seçimləri 23 sentyabr tarixində Bayıl stadionunda keçiriləcək. İstedadlar qruplarına seçimlər prosesi başa çatdırıldıqdan sonra kommersiya əsaslı qrupların seçim prosesi başlayacaq.
 
Qeydiyyatdan keçmək istəyənlər sentyabrın 15-dən 22-dək, iş günləri saat 09:00-dan 18:00-dək aşağıdakı əlaqə məlumatlarından istifadə edərək AFFA-nın əməkdaşları ilə əlaqə yarada bilərlər:
 
Ramin Həsənov: Tel: +994 55 511 20 80   E-poçt: [email protected]
Kifayət Osmanova: +994 55 511 70 72      E-poçt: [email protected]
 
Rövnəq Abdullayev (AFFA-nın prezidenti): “Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləri bu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması – ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən əvvəl uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada oxuyan uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.
 
Riçard Şirer (Bakcell şirkətinin Baş İcraçı Direktoru): “Azərbaycanın milli futbol komandasının sponsoru və MDB məkanında “Mançester Yunayted” klubunun ilk telekommunikasiya və yayım tərəfdaşı olaraq, Bakcell şirkəti ölkəmizdə futbolun inkişafına dəstək göstərir və AFFA ilə tərəfdaşlıq əlaqələri çərçivəsində gənclər futbolunun inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mançester Yunayted Futbol Məktəbinin regionda ilk dəfə olaraq Bakıda fəaliyyətə başlaması ölkəmizdə uşaq futbolunun inkişafına olan diqqət və qayğının nəticəsidir. Futbola olan böyük marağı və Azərbaycanda uşaqların ciddi potensiala malik olduqlarını nəzərə alaraq, xalqın mobil operatoru olan Bakcell şirkəti uşaq futbolunun inkişafına yönəlmiş uğurlu layihələri həyata keçirməkdən fəxr hissi duyur və şirkətimiz bu istiqamətdə əhəmiyyətli işlərin görülməsini gələcəkdə də davam etdirmək əzmindədir”.
 
AFFA 1992-ci ildə təsis edilib. Təşkilat 1994-cü ildən FİFA-nın və UEFA-nın üzvüdür. AFFA-nın vəzifələrinə Azərbaycan Respublikasında futbolu kompleks şəkildə inkişaf etdirmək, yarışların təşkilinə nəzarət etmək və onları tənzimləmək, futbolla bağlı beynəlxalq idman əlaqələrini təkmilləşdirmək, beynəlxalq yarışlarda və oyunlarda Azərbaycan futbolunu təmsil etmək, habelə milli və beynəlxalq səviyyədə keçirilən yarışları təşkil etmək daxildir və AFFA bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərməkdədir.
 
Azərbaycanda futbolun inkişaf etdirilməsini qarşıya məqsəd qoyaraq, AFFA bir sıra nüfuzlu şirkətlərlə əməkdaşlıq etməkdədir. Belə şirkətlərdən biri də milli futbol komandamızın sponsoru olan Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətidir. 17 dekabr 2013-cü ildə AFFA və Bakcell şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Qarşılıqlı əməkdaşlıq futbolun müxtəlif istiqamətlərdə inkişafına öz töhfəsini vermişdir. AFFA tərəfindən 8-ci km qəsəbəsində inşa olunmuş stadiona “Bakcell Arena” adı verilmişdir. AFFA-nın U-17 Liqasının oyunları “Bakcell U-17” adı altında keçirilir. “Futbol Bakcell ilə” layihəsi çərçivəsində isə uşaq futbolunun inkişafına yönəlmiş xeyli işlər görülmüşdür.
 
AFFA və Bakcell şirkəti arasında imzalanmış birgə tərəfdaşlıq müqaviləsi çərçivəsində ölkənin bütün bölgələrindən seçilmiş 64 uşaq Bakıdakı Mançester Yunayted Futbol Məktəbində keçirilən məşqlərdə iştirak etmişlər.
Xüsusi bacarıqları ilə fərqlənmiş uşaqlar (2013-cü ildə 6 uşaq və bu il 5 uşaq) Mançester şəhərində fəaliyyət göstərən Denston Kollecində təşkil olunmuş Mançester Yunayted Futbol Məktəbində iştirak etmişlər. AFFA və Bakcell şirkəti müştərək fəaliyyətlərini futbolun inkişafı naminə davam etdirməkdədirlər.
 
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. Bakcell şirkəti məşhur beynəlxalq “The Business Year” nəşri tərəfindən “İlin Mobil İnternet Provayderi” elan edilib.
1000-dən artıq 3G stansiyaları sayəsində “Bakcell”in 3G xidməti əhalinin 80%-ni, ölkə ərazisinin isə 55% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və bütün bölgələrdə təklif olunur. 300 pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 5 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

affa.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail