“Qaradağ Lökbatan” klubu bəyanat yaydı, "Şahdağ"a "yalançı" dedi

13.09.2014 | 6407 dəfə oxunub

11.09.2014-cü il tarixdə I Divizionun 2-ci turu çərçivəsində keçirilmiş "Şahdağ” - "Qaradağ Lökbatan" matçının 9-cu dəqiqəsində "Şahdağ” klubunun futbolçusu Məhəmməd Hüseynov "Qaradağ Lökbatan” klubunun üzvü Timur Dadaşova qarşı aşkar kobudluq edərək onun ayağını sındırmışdır. Futbolçu saat 17:40-da zədələnərək meydanı tərk etdikdən sonra xəstəxanaya aparılsa da, orada Timur Dadaşova qeyri-peşəkar səviyyədə yanaşılmışdır. Belə bir şəraitdə xəstəyə heç bir cərrahi müdaxilə edilməmiş və ayağını itirmək təhlükəsi ilə üz-üzə qalan futbolçu yalnız 4-5 saatdan sonra “Qaradağ Lökbatan” klubunun rəhbərliyinin məsələyə müdaxiləsi nəticəsində, təxminən saat 22:15 radələrində Bakıya yola salınmışdır. Paytaxtda dərhal əməliyyat olunan Timur Dadaşovun səhhəti kafidir və onun futbolçu karyerasını davam etdirib-etdirməyəcəyi sual doğurur. Məsələ ilə bağlı “Şahdağ” klubu bəyanat yayaraq Timur Dadaşova lazımi tibbi yardım göstərildiyini və "Qaradağ Lökbatan” rəsmilərinin bu barədə mətbuatda yanlış informasiyalar yaydığını bildirmişdir. Bir daha qeyd edirik ki, bəyənatda ünvanımıza səsləndirilən ittihamların heç biri həqiqəti əks etdirmir və tamamilə əsassızdır. Qusar rayon xəstəxanasında Timur Dadaşova göstərilən tibbi yardımın xərcləri tam şəkildə “Qaradağ Lökbatan” klubunun rəhbərliyi tərəfindən ödənmişdir. Sadəcə olaraq adı çəkilən xəstəxanada futbolçunun durumuna peşəkar səviyyədə yanaşılmadığından onun Bakıya göndərilməsinə ehtiyac yaranmışdı. İnanırıq ki, futbolumuzda bu kimi hallar bir daha təkrarlanmayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail