Millimizin keçmiş üzvü: "Ən azı bir il Portuqaliyada qalacam" - MÜSAHİBƏ

09.09.2014 | 5250 dəfə oxunub

Azərbaycan millisinin keçmiş üzvü Amit Quluzadə hazırda Portuqaliya II Divizionu olan Sequnda Liqasına mübarizə aparan Lissabonun “Atletiko” klubunda çıxış edir. Stadium.az saytına müsahibəsində Amit yeni klubu və Portuqaliya barədə danışdı:

- Burda hər şey yaxşıdır. Mənə lazım olan məşqlərimi yüksək səviyyədə keçmək və bacardığım qədər komandama xeyir verməkdir.

- Necə oldu ki, Portuqaliyada çıxış etmək fikrinə düşdün?

- Mən hələ lap gənc yaşlarımdan xaricdə oynamaqda maraqlı olmuşam. 19 yaşım olanda “Erciyesspor”a fetdim və orada bir mövsümdə çempionatda 21 oyunda meydana çıxdım. Bu, çox yaxşı göstərici idi. Elə oldu ki, ailəmin yanında olmaq istədim və Azərbaycana döndüm. İndi də menecerlər təklif etdi ki, Portuqaliyada oynaya bilərəm və məndə razılaşdım.

- Orada qazancın necədir?

- Bu barədə konkret bir söz deməyim yaxşı çıxmaz, amma hər şey məni qane edir. Sadəcə vergilər yüksəkdir burda. Qazancının tən yarısı vergiyə gedir. Pis olan bax budur.

- Artıq çempionatda da oyuna çıxmısan...

- “Trofense”ylə oyunda start heyətində meydana çıxmışdım, amma zədələndiyimdən əvəzlənməli oldum.

- İndi zədəniz necədir?

- Məşqdə də zədələnmişəm, amma ciddi bir şey yoxdur. Yəqin ki, tez bir zamanda tam hazır olacam.

- Orada sizi hər şey qane edir?

- Əlbəttə, qane edir. Sadəcə bəzi çətinliklər var. Burada məni evlə də təmin ediblər, çox yüksək səviyyədə. Amma evdə tək qalıram, üstəlik Azərbaycan və ya tür dilində danışacağım heç kim yoxdur. Əsas problem də elə dil məsələsidir. Bu amil komandanın içində də mənə problem yaradır. Əsas çətinliyimdə elə budur.

- Məşqlər necə gedir? Burdakıyla ordakı arasında fərq çoxdur?

- Əlbəttə, çox fərq var. Burda məşq prosesi çox yüksəkdir və tam fərqlənir bizdəkindən.

- Azərbaycana qayıtmaq fikrin var?

- İnanmıram bu, yaxın müddətdə baş tutsun. Çünki müqaviləmdə konpensasiya məbləği yüksəkdir. Buna görə də, ən azı bir il Portuqaliyada qalacam. Burada daha yaxşı şərtlər təklif edəcək komandaya da keçə bilərəm.

- “Atletiko”da səni adət etmədiyimiz mövqedə oynayarkən görürük. Həmişə mərkəzdə oynamısan, amma burada sağ cinahda...

- Baş məşqçi belə istədi. Mən də futbolçuyam, baş məşqçinin dediklərin etməliyəm. Hər halda, burda səviyyə başqadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail