Böyükağa Hacıyev: "Mən səhv etdim"

28.08.2014 | 8539 dəfə oxunub

“Neftçi” Avropa Liqasının qrup mərhələsinə yüksələ bilmədi. Stadium.az xəbər verir ki, Bakıda “Partizan”a 1:2 hesabıyla məğlub olan “Neftçi” ikinci dəfə tarix yazmaq şansın qaçırdı. Oyunsonrası mətbuat konfransında komandanın baş məşqçisi Böyükağa Hacıyev jurnalistlərin sualların cavablandırdı:

- Hər şeydən öncə Azərbaycan tamaşaçısından üzr istəyirəm. “Partizan” kompakt bir komandadır. Enforun qırmızı vərəqə alması komandanı sıdırdı. Kanales də o vəziyyətdən istifadə etsə başqa cür ola bilərdi. Qismətimizdə yoxmuş da. Oyuna şərh vermək istəmirəm.

- Avroliqada hər uğursuz oyundan sonra istefa haqda danışmısız. Bu dəfə istefa vermək fikriniz var?

- İstefadan söhbət gedə bilməz. Bura kimi gəlməyimiz də yaxşı nəticədir. Biz qrupa düşməyi istəyirdik.

- “Koper”lə birinci oyundan sonra əsəbi halda demişdiz ki, “Məqsədi bu gün də oynatmayıb, nə vaxt oynadacam”. Məqsəd elə o gedən getdi...

- Bu oyunda əsasən təcrübəlilərə üstünlük verdim. Hətta Bertuccini start heyətində meydanda çıxartmamışdım. Məqsəd cavandır, onu həddən artıq yükləyib yandıra da bilərəm. Nəqsədi yəqin ki, çempionatda daimi olaraq oynadacam.

- Heç düşndüz ki, niyə Bertuccini meydan buraxdım...

- Bertucci həddən artıq iddialı oyunçudur. O, nə vaxtsa Braziliyanın U-21-də çıxış edib və hələ də, o hava burnunda qalıb. Bertuccini səhvən meydana buraxdım.

- Flavinyoyla Vobayı da meydandan aldığınıza peşman deyilsiz?

- Məndə inanıram ki, onlar oyunun gedişin dəyişə bilərlər. Amma oynamırlar axı. Flavinyo Avroliqa oyunlarının heç birində ümidimi doğrultmayıb. Vobay istənilən rəqib üçün baş bəlasıdır. Vobay özü istədi ki, əvəzlənsin, yorulmuşdu.

- Komandaya yeni oyunçu almaq istəyirsiz?

- Buna ehtiyacımız yoxdur. Aazərbaycan səviyyəsində kifayət qədər futbolçumuz var. Çempionata marağım ölüb. Bu oyunlardan sonra çempionat oyunlarına hazırlaşmaq çətindir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail