"Partizan"ın baş məşqçisi: “Neftçi”yə qonaqpərvərliyinə görə təşəkkür edirəm"

28.08.2014 | 3683 dəfə oxunub

“Partizan” Bakıda “Neftçi”yə 2:1 hesabıyla qalib gələrək Avropa Liqasının qrup mərhələsinə yüksəldi. Stadium.az xəbər verir ki, Serbiya klubunun baş məşqçisi Marko Nikoliç jurnalistlərin sualların cavablandırdı:

- “Neftçi”yə qonaqpərvərliyinə görə təşəkkür edirəm. Komandama təşəkkürümü bildirirəm. Çox güclü komandaya qarşı oynadıq. Bu şəraitdə oynamaq çətin idi. Bu meydan və havada oynamaq çox çətindir. Oyuna yaxşı baxdıq, nəzarət bizim tərəfimizdə idi. Fasiləyə qalib yolladıq. İkinci hissədə canlanma olmadığı üçün Saşa İliçi meydana saldıq və bununla da oyunumuz düzəldi.

- Siz olsaz “Neftçi”nin baş məşqçinin etdiyi hansı əvəzləmələri etməzdiz?

- Buna cavab verə bilmərəm. Çünki rəqib həmkarıma hörmətlə yanaşıram.

- Meydanın bərbad vəziyyətdə olması “Partizan”ın işinə yaradı?

- Hər iki komanda bu meydandan əziyyət çəkdi. “Neftçi” daha çox uzun ötürmələrdən istifadə edirdi.

- Sizin futbolçular hər toxunuşda yıxılırdılar. Bu sizin tapşırığınız idi?

- İkinci hissədə ağır oldu oynamaq. Bizimlə saat fərqi var və hava şəraiti çox pis idi. Buna görə belə hallar baş verirdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail