"Tvente"nin baş məşqçisi: "Qarabağ"la final matçına çıxacağıq"

28.08.2014 | 3338 dəfə oxunub

"Ötən mövsümü üçüncü pillədə başa vurduq. Bu gün demək olar ki, "Qarabağ"la final matçına çıxacağıq. Bu görüşdə öz oyunumuzu oynamalıyıq".

Stadium.az xəbər verir ki, bu sözləri "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının "play-off" mərhələsinin "Qarabağ"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "Qarabağ"ın əks hücumçularının təhlükəli olduğunu qeyd edib: "Biz matçın taleyini həll edə biləcəyimizə əmin olmalıyıq. Ümid edirik ki, stadion azarkeşlərlə dolu olacaq. Avrokubok oyunları həm komanda, həm də futbolçular üçün təcrübə yığmaq baxımından çox önəmlidir. Hər kəs bu oyunlarda yeni nəsə öyrənir. "Qarabağ" yaxşı komandadır. Onların əks hücumları təhlükəli olur. Ancaq biz yalnız öz oyunumuz haqda düşünməli və qələbə üçün meydanda bütün gücümüzü qoymalıyıq".

"Tvente" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda hesab açılmamışdı. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail