"Partizan"ın baş məşqçisi: "Bakıdan qələbəylə ayrılacağıq"

27.08.2014 | 4141 dəfə oxunub

Sabah Avropa Liqasının “play off” mərhələsinin cavab oyununa “Neftçi” “Partizan”ı qəbul edəcək. Stadium.az xəbər verir ki, bir qədər əvvəl isə “Partizan”ın baş məşqçisi Marko Nikoliç jurnalistlərin sualların cavablandırıb:

- Bilirəm ki, vaxtımız çox azdır. Oyunçularımız məşqdədir deyə, mən burda təkəm. Ötən oyunumuzda da danışmışdıq. Hər iki komanda istəyir ki, turu keçsin. Biz Azərbaycana bir daha gəldik. İsti hava şəraiti bizim oyunçulara təsir edir. Hər iki komanda və futbolçular barədə məlumatınız var. Oyun havanın isti olmasından, qazondan və azarkeşlərin qarşılaşmaya təsirindən aslıdır. Mən öz oyunçularıma güvənirəm. Hava şəraitinə uyğunlaşmaq üçün hələ 24 saatımız var. Bunun üçün də əlimizdən gələni edəcəyik. Oyun mükəmməl şəkildə konsentrasiya olmaz lazımdır. Erkən səhvlər etməməliyik. Bizim də şansımız olacaq ki, irəli atılaq. Hamı sakit və həyacansız oynayacaq.

- Bakıda sizi nə təəccübləndirdi: Meydança, yoxsa şəhərin gözəlliyi?

- Bizim vaxtımız olmadı şəhərə baxmağa. Amma yolda gələrkən gördük, kifayət qədər modern şəhərdir. Hələ ki, meydanı görməmişik.

- İlk oyundan əvvəl Serbiya mətbuatına “Partizan”ın böhran içində olduğu və az qala komandanın iflas edəcəyi yazılırdı. Amma komandanız Serbiya çempionatında qələbələri sıralayır və Bakıya çarter reysiylə gəlir. Belə çıxır ki, siz “Neftçi”ni arxayınlaşdırmaq üçün bilərəkdən bunları ötürmüsüz mətbuata. Yəni komanda heç də maliyyə problemi olan klub təsiri bağışlamır. Yəni bu qədər çəkinirdiz “Neftçi”dən?

 - Bizim elə bir problemimiz olmayıb. Biz heç bir provakasiya ilə məşğul olmamışıq.

- Serbiya çempionatında az qol buraxırsız, amma Avroliqada son iki oyunda 4 qol buraxmısız...

- Bütün futbol komandalarında baş verən haldır. Biz Serbiyada “Neftçi”ni udmuşuq və onların güclərinə inanırıq.

- İlk oyundan sonra açıqalama vermişdiz ki, Bakıdan qələbəylə ayrılacağıq. Bu özünəinamınız nədən irəli gəlir? 

- “Neftçi” müdafiədə çox yaxşı oynayır. Rəqibin Flavinyo, Vobay kimi futbolçuları var. Onların əsas müdafiəçisi Karlos Kardoso da bu oyunda çıxış edəcək. Mən komandama ilk oyundan sonra niyə də inanmayım? Biz Bakıdan qələbəylə ayrılacağıq.

- İki il əvvəl bu komandalar qarşılaşanda sizin iki futbolçularınızla Saşa Stamenkoviç arasında problem olmuşdu. Siz zəmanət verirsiz ki, yenə eyni hal baş verməyəcək?

- Mən əminəm ki, belə hal təkrarlanmayacaq. Biz Saşanı Belqradda mədəniyyətlə qarşıladıq. Əminəm ki, eyni hal burada da baş verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail