Dayanan ömrün anları - YAZI

Səbuhi Sadiqovu 29 yaşında itirdik

29.07.2011 | 7188 dəfə oxunub

Rəşad Sadiqov AvroparnLiqasının 3-cü təsnifat mərhələsinin "Brügge" ilə səfərdə keçirilən ilk oyununarnyaxşı hazırlaşmışdı. Kapitan matçdan öncə verdiyi açıqlamalarında meydançadarnvar qüvvələri ilə mübarizə aparıb, qalib gələcəklərini demişdi. Əlbəttə, bu kapitanın rnarzuları idi. İndi isə Rəşad üçün "Qarabağ"ın udub-uduzmasının heç bir fərqirnyoxdur. Çünki o, 29 yaşlı böyük qardaşını, Səbuhi Sadiqovu itirib.

rnrn

Əlbəttə, mərhumrnSadiqov haqqında adi bir başsağlığı ilə də kifayətlənə bilərdik. Amma Səbuhirnfutbolçu olduğundan, geniş yazı hazırlamağı özümüzə borc bildik. 29 yaşı yenicərntamam olmuş Səbuhi Rəşadın böyük qardaşıdır. O, vaxtilə "Şəfa" və "Neftçi"rnklublarında oynayıb. Hücum xəttində nümayiş etdirdiyi oyunla milli komandanınrnməşqçilərinin də rəğbətini qazanaraq, U-21-ə dəvət edilib. Həmin vaxt olimpiyarnyığmasında əsas hücumçu sayılsa da, milli komandanın formasını geyinmək onarnnəsib olmayıb.

rnrn

Əsl kənd uşağı

rnrn

Səbuhi Sadiqov 1982-cirnildə Bakının Buzovna qəsəbəsində dünyaya gəlib. Təbiətcə çox sakit uşaq olanrnSəbuhi xüsusən də ev işləri ilə məşğul olmağı çox xoşlayarmış. Evdən çıxdıqdanrnsonra isə günün böyük hissəsini Xəzərin qumsal sahillərində qurduqlarırnmeydançada keçirərmiş. Bu sahillərdə futbola yaranan həvəs mərhumu heç vaxtrnrahat buraxmayıb. Belə ki, o, futbolla daha yaxından maraqlanıb və bir yerdərnböyüdüyü Aftandil Hacıyevlə bərabər futbol məktəbinə təhsil almağa yollanıb.rnSəbuhi  peşəkar futbolla məşğul olduğu ilk aylarda məşqçilərin etimadınırnqazanıb. Hətta o, vaxtilə Aftandil Hacıyev, Emin İmaməliyev, Zaur Tağızadə,rnqardaşı Rəşaddan daha istedadlı futbolçu sayılıb. Bunun nəticəsində o lap gəncrnyaşlarında "Şəfa" və "Neftçi" kimi klubların uğurları üçün çalışıb. Bu ikirnkomanda millinin özəyi hesab olunduğundan, Səbuhi Sadiqov da tez-tez dəvətlilərrnsırasında yer alıb. Təəssüf ki, zədələr onun karyerasına böyük zərbə vurub,rnmillidəki çıxışını, ümumiyyətlə, kölgədə saxlayıb.

rnrn

Səbuhi necə insan olub?

rnrn

Nədənsə, həmin ərəfədərnBuzovna qəsəbəsində doğulan uşaqların əksəriyyəti futbolla maraqlanıb, daharndoğrusu peşəkar olublar. Ayxan Abbasov, Rəşad Sadiqov, Səbuhi Sadiqov, AftandilrnHacıyev eyni məhəllədə böyüməklə yanaşı, eyni peşəni seçiblər. Onlarınrnəksəriyyəti də 26 nömrəli məktəbdə təhsil alıb.
rnSadiqov futbolla məşğul olmaqla yanaşı, dərslərindən də qalmayıb. Təsadüfirndeyil ki, o, orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət BədənrnTərbiyəsi və İdman Akademiyasında davam etdirib. Həm şagird, həm də tələbərnyoldaşları, eləcə də mərhum futbolçumuzu tanıyanlar onun haqqında yekdilrnfikirdədirlər: "Səbuhi çox nadir hallarda qəmli görünərdi. Əksər vaxtlarda isərnonun çöhrəsindən gülüş əskik olmazdı. Səbuhi yaşamağı bacaran insan idi.rnKaryerası uzunmüddətli olmasa da, o, futbol azarkeşlərinin yaddaşında qalıb.rnSəbuhinin ölümünə inanmırıq. Fikirləşirik ki, hələ də bizim aramızdadır. Onunrnzarafatlarını hələ də unuda bilmirik. O, bizim çöhrəmizin gülüşü idi. Səbuhinirnyaddan çıxarmaq mümkün deyil". Bəli, bu, Səbuhinin ölümündən sonra Buzovnarnqəsəbəsinə axın edən insanların ümumi təəssüfüdür.

rnrn

6 aylıq körpənin gözləri yolda!

rnrn

Mərhum futbolçumuzrnsubaylığın daşını cəmi 2 ildir ki, atmışdı. Ata-anası ona el adəti ilə elçirngedib, sevdiyi qızı almışdılar. Bu nigahdan Səbuhinin 6 aylıq körpə qızı var.rnƏlbəttə, o qız dil açıb ata deməyə bir insan tapmayanda, ailədə yaşanacaq hüznürntəsəvvür etmək elə də çətin deyil. Bu məqamda adam Səbuhinin ata-anasınınrndərdinə şərik olmaqdan daha çox, onun yenicə qurulmuş kiçik dövlətininrnqayğısına qalmaq istəyir. Ailəsi ilə yanaşı, Səbuhinin valideynləri də şokdanrnayıla bilmirlər. Atası yasa gələn tanışları qarşılayıb, "Səbuhinin birrnxəstəliyi vardımı?" sualına yalnız başını yelləməklə cavab verir. Ümumiyyətlə,rnona ən yaxın insanlar da Səbuhinin  çox sağlam olduğunu və səhhətindən heçrnvaxt şikayətlənmədiyini deyirlər.

rnrn

Ölüm anı FHN-nin kameralarında

rnrn

Vaxtsız zədələrrnSəbuhini ailə təminatını tam başqa bir sahədə axtarmaq məcburiyyətində qoyub.rnHaradan biləymiş ki, onu ən böyük təhlükə elə yeni iş yerində gözləyir? Səbuhirnbundan 15-20 gün öncə Azərbaycan Fövqaladə Hallar Nazirliyində məsul vəzifəyərndüzəlib. Həmin gün işə gəlib, qarşısına çıxanla salamlaşdıqdan sonra otağınarndaxil olub. Şəxsi əşyalarından nəyisə maşında unutduğuna görə, qaraja düşüb.rnElə qaraja çatar-çatmaz yerə yıxılıb və əbədiyyət dünyasına qovuşub. Bəli, Azərbaycanrnfutbolu bir nümayəndəsini, xalqımız isə bir vətənpərvər oğlunu belə birrnşəraitdə itirib. Səbuhinin ölümü FHN kameralarının da yaddaşına köçüb.rnNazirlikdən dərhal Səbuhinin ailəsinə xəbər verilib. Qardaşı Rəşad isərnSəbuhinin ölüm xəbərini İstanbul Hava Limanında eşidib. "Brügge" ilə matçdarniştirak etmək üçün Belçikaya yollanmalı olan Rəşad klub rəhbərliyi tərəfindənrngeri göndərilib. Beləliklə, Səbuhi son mənzilə Rəşadın çiyinlərində yollanıb.

rnrn

"Biz hələ də buna inanmırıq"

rnrnSəbuhi Sadiqovun dünyadan köçməsirnonun ailəsi ilə yanaşı, futbolçu dostlarına da ciddi təsir göstərib. Belə ki,rnistər paytaxt, istərsə də bölgələrimizdə çıxış edən futbolçular Səbuhinin yasrnmərasimində iştirak etmək üçün Buzovnaya yollanıblar. Gələnlər arasındarnSəbuhinin uşaqlıq dostu, məktəb və universitet yoldaşı Aftandil Hacıyev dərnvardı. Aftandil açıqlamasında Səbuhinin ölümünə hələ də inanmadığını bildirdi:rn"Səbuhi çox zarafatcıl insan idi. Onunla lap uşaq yaşlarından dostam. Səbuhininrnölümünə qardaşı Rəşad qədər təsirlənirəm, kədərlənirəm. Onun yeri aramızda hərrnzaman görünəcək. Səbuhi kimi dost tapmaq çox çətin məsələdir. Onun ailəsinə,rnvalideynlərinə, körpə qızına uca Allahdan səbir diləyirəm. Rəşada isərnbildirirəm ki, hər zaman onun arxasındayıq. İndi inansaq da, inanmasaq da artıqrnömür qürub edib. Səbuhi artıq haqq dünyasındadır, əbədiyyətə qovuşub. Onarncənnət həyatı arzulayırıq".

Elgiz ABBASOV


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail