"Prtizan"lı futbolçudan "Neftçi"yə göndərmə
“Neftçi”nin Avropa Liqasının “play off” mərhələsində rəqibi olan "Partizan"
klubunun üzvü Voyislav Stankoviç Serbiya mətbuatına açıqlama verib. Stadium.az
xəbər verir ki, 27 yaşlı futbolçu “Neftçi”ylə ilk oyunda istədiklərini nəticəni
qazanmağa borclu olduqların bildirib:
"Ötən həftə komandada baş verənlər bizim üçün əlavə stimul oldu. Biz
çətin anda birləşməyi bacardıq və futbolçularla məşqçilər korpusunun vahid
komanda olduğunu göstərdik. Rəhbərliklə müzakirələrimiz oldu və bütün bunlar
"Radniçki" ilə qarşılaşmada uğurla nəticələndi. "Neftçi"
ilə oyunöncəsi vacib qələbə qazandıq.
Bizi "Neftçi" ilə çətin oyun gözləyir. Son 9 rəsmi oyunda
məğlub olmamışıq. Hətta Çempionlar Liqasının III təsnifat mərhələsində
"Ludoqorets"ə məğlub olmadan mübarizəni dayandırdıq. Əsas hədəfimiz
qrup mərhələsində oynamaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Əvvəllər
elə düşünürdük ki, ilk oyunu öz meydanımızda keçirmək daha yaxşıdır. Ancaq indi
cavab matçının evdə keçirilməsinin daha yaxşı olduğunu anlayıram. Bakıya rahat
getmək üçün ilk oyunda sərfəli nəticə qazanmalıyıq.
"Neftçi" həmin vaxt hədəfi olan
və güclü rəqib təsiri bağışlamışdı. Onlar Belqradda keçirilən ilk oyunda (0:0)
90 dəqiqə müdafiə olunmuşdular. Həmin görüşdə yaratdığımı
imkanları qola çevirə bilməmişdik. Bakıdakı oyunda da "Neftçi"
gözlədiyimiz səviyyədə hücum futbolu oynamadı. Hazırda “Neftçi”nin nə qədər
dəyişdiyini deyə bilmərəm. Biz onları yenə təhlil edəcəyik və buna uyğun
taktika quracağıq. Hər iki oyuna yaxşı hazırlaşmalıyıq. Əsas məqsədimiz
ilk oyunda qol buraxmadan qələbə qazanmaqdır. Avropada bu yaxşı nəticə
olunur. Bunu bacarsaq əla olar. Belədə Bakıda bizi heç-heçə də qane edəcək.
Ancaq öncədən danışmayaq. Hər şey meydanda həll olunur".
Avqustun 21-də Belqradda keçiriləcək "Partizan" -
"Neftçi" oyunu Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |