"Qarabağ" - "Tvente" oyununa “Real” - “Yuventus” matçının hakimi təyin edildi

14.08.2014 | 5040 dəfə oxunub

Avropa Liqasının "play-off" mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Tvente" (Hollandiya) matçının hakimləri müəyyənləşib. Stadium.az xəbər verir ki, avqustun 21-də baş tutacaq qarşılaşmanın baş hakimi almaniyalı referi Manuel Qrafe olacaq. 

Ona Holger Henşel və Kristian Gittelman köməklik edəcəklər. Quido Vinkmann isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

UEFA nümayəndəsi gürcüstanlı Dmitri Bokeriya, hakim-inspektor isə danimarkalı Jorn Vest Larsendir.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Tvente" oyunu saat 21:00-da başlayacaq.

41 yaşlı referi 2007-ci ildən FİFA hakimi adını daşıyır. Bu günə kimi onun yolu nə millimiz, nə də klublarımızla kəsişib. Avropada kifayət qədər tanınan Grafe 2 dəfə Hollandiyanın əsas, 1 dəfə isə U-21 millisinin oyununu idarə edib və hər 3 halda hollandlar meydandan qalib ayrılıblar.

Avrokuboklarda isə alman referi 3 dəfə Hollandiya klublarının oyununda ədaləti qoruyub. Onun idarə etdiyi oyunlarda - 2011/12 mövsümündə Avroliqada “Ayaks” və PSV uyğun olaraq “Spartak” və “Valensiya”ya uduzub. Əvəzində ÇL-də “Ayaks” Zaqreb “Dinamo”sunu səfərdə məğlub edib. Göründüyü kimi, Grafenin idarə etdiyi Avroliqa oyunlarında Hollandiya təmsilçiləri meydanı məğlub qismində tərk ediblər.

Karyerası ərzində bir çox mühüm oyunlara təyinat alan Manuel Grafe ötən il ÇL-in qrup mərhələsi çərçivəsində baş tutan “Real” - “Yuventus” matçını (2:1) idarə edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail