Nikolas Kanalesdən iddialı açıqlamalar

13.08.2014 | 4776 dəfə oxunub

Çilili futbolçu Nikolas Kanales ötən gün “Neftçi” ilə məşqlərə başlayıb. Stadium.az xəbər verir ki, komandanın təlim-məşq bazasında baş tutmuş məşqdən öncə hücumçu komanda yoldaşları ilə görüşüb. Nikolas Kanales “Neftçi”də 11 nömrəli formanı geyinəcək.

Daha sonra “Neftçi” PFK-nın hücumçusu Nikolas Kanales klubun rəsmi saytına açıqlama verib: “Neftçi” mənim üçün doğma klubdur. Burada özümü yeni hesab etmirəm. Karyeramın ən uğurlu dövrünü burada keçirmişəm. “Neftçi”nin heyətində Avropa Liqasının qrup mərhələsində oynamışam. Çempionatda da ən məhsuldar oyunçu olmuşam. Məqsədim odur ki, Avropadakı nailiyyətimizi yenidən təkrarlayaq. Komandanın heyəti də buna imkan verir. “Neftçi”də kifayət qədər güclü futbolçular cəmləşib və inanıram ki, birlikdə biz qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyik.

“Neftçi” azarkeşini çox sevirəm və bilirəm ki, onlar da mənim üçün darıxıb. Çalışacağam ki, vuracağım qollarla onları yenə də sevindirim”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail