"Bakı"nı Premyer Liqada "Rəvan" əvəz edir?

11.08.2014 | 7207 dəfə oxunub

Bu gün “Bakı” klubunda fövqəladə toplantı keçiriləcək. Stadium.az xəbər verir ki, iclasa klubun prezidenti Hafiz Məmmədov şəxsən rəhbərlik edəcək. Aldığımız məlumata görə, iclasda ancaq futbolçular, bir də vitse-prezident Yaşar Seyidov iştirak edəcək.

İclasda nələr olacağıyla bağlı bəzi xəbərlər də əldə etmişik. Belə ki, maddi təminatı olmadığı üçün Premyer Liqaya buraxılmayan “Bakı” kluubunun buraxıldığı rəsmən açıqlanacaq. Ancaq başqa variant üzrə. Belə ki, “Bakı” cari mövsümdə Premyer Liqanı tərk edən “Rəvan”la birləşəcək. Futbolçulara da iki variant təklif olunacaq. Ya “Rəvan”a keçsinlər, ya da alacaqları borclarının əvəzinə onlara transfer kağızları veriləcək və istədikləri kluba keçməkdə azad olacaqlar.

Bu xəbəri “Rəvan” klubundan da təsdiqlədilər. I Dvizionda çıxış etməyə hazırlaşan “Rəvan”da futbolçuların yarısı komandadan göndərilib. Ən yaxşı hesab olunan 10-a yaxın futbolçu isə düşərgədə saxlanılıb. Gedənlərə də bildirilib ki, “Bakı”yla birləşirlər, bu səbəbdən də, belə addım atırlar. Hətta “Rəvan” Premyer Liqaya yüksəlmək üçün lazım olan bütün sənədləri də hazırlayıb. Bu sənədlər ya bu gün, ya da sabah PFL-ə təqdim olunacaq. 16 avqust tarixində II turda “Bakı”nın qarşılaşmalı olduğu “Neftçi”ylə oyunda təxirə salınacaq və III turdan etibarən mübarizəyə “Rəvan” başlayacaq.

QEYD: Məsələylə bağlı tərəflərin də fikirlərini saytımızda işıqlandırmağa hazırıq!



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail