Ramal Hüseynov və Kamal Bayramov üsyan etdi

09.08.2014 | 18364 dəfə oxunub

Ötən gün “Stadium.az”da “Araz Naxçıvan” klubunun baş məşqçisi Əskər Abdullayev barədə qalmaqallı xəbər yayılmışdı. Məlumatı verən mənbə bildirmişdi ki, Abdullayev komandaya gətirdiyi oyunçuların ilk ayını cibinə qoyur, sonra onları heyətə götürür. Bu xəbərdən sonra “Araz Naxçıvan”ın iki aparıcı futbolçusu, Ramal Hüseynovla Kamal Bayramov redaksiyamızla əlaqə saxlayaraq, bunun həqiqət olmadığın bildirdilər:

Kamal Bayramov: “Biz də bunu oxuyana çox təəssüflənik. Naxçıvanda qqanundan kənar bir şey baş verə bilməz. Elə bizim komandada da. Burda hər şey yeri yerində və nizam-intizamla gedir. Sizi tam əmin edirəm ki, bu xəbəri ortaya atanlar hansısa maraq güdürlər. Bunu ortaya atıb öz maraqlarına xidmət edirlər. Amma bu xəbəri sizin sayta bildirən insan da yaxşı bilir ki, həqiqəti söyləmir. “Araz Naxçıvan”da belə şey ola bilməz. Bu, həm komandanın, həm də baş məşqçi Əskər Abdullayevin imicinə zərbə vurur. Bizim məşqləri belə cənab nazir gəlib stadiondan canlı izləyir. Hər şey rəhbərliyin nəzarəti alında və yüksək səviyyədə təşkil edilib. Burada elə şeylərə yol verilməz”.


Ramal Hüseynov: “Bu xəbər hardan çıxıb, niyə çıxardıblar bilmirəm. Məncə bunu çıxardıblar ki, komandada olan gözəl ab-havanı pozsunlar. Amma bu istəklərinə çata bilməyəcəklər. “Araz Naxçıvan”da çox yaxşı kollektiv var və inamlı çıxış edəcəyimizə də inanıram. Baş məşqçi haqda deyilənlər də şaiyədən başqa bir şey deyil. Heç söhbət Əskər müəllimdən getməsə belə, burada qanunların necə işlədiyini bilənlar bu xəbərin yalan olduğun zatən anayacaqlar”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail