Budur "Tvente"!

08.08.2014 | 5061 dəfə oxunub

"Qarabağ"ın Avropa Liqasının play-off mərhələsindəki rəqibi müəyyənləşib. Azərbaycan çempionu Hollandiyanın "Tvente" klubu ilə qarşılaşacaq.

"Tvente" futbol klubu 1 iyul 1965-ci ildə Hollandiyanın Enşede şəhərində yaradılıq. "Qarabağ"ın rəqibi eyni şəhərin iki klubu - "Sportclub Enschede" və "Enschedese Boys"un birləşməsindən sonra fəaliyyətə başlayıb.

"Tvente" tarixinin ilk çempionluğunu 2009/10 mövsündə qazanıb. 1974, 2009 və 2011-ci illərdə Hollandiya çempionatında gümüş medallara sahib çıxan komanda 3 dəfə ölkə kaubokunu (1977, 2001, 2011) qazanıb, 4 dəfə final oynayıb (1975, 1979, 2004, 2009). 2010 və 2011-ci illərdə Hollandiya Superkubokunu qaldıran Enşede təmsilçisi 1975-ci ildə UEFA Kubokunda finala çıxsa da, Münhenqladbax "Borussiya"sına uduzaraq ikinciliklə kifayətlənib.

"Qarabağ"ın rəqibi tarixi ərzində Çempionlar Liqasında (4 dəfə), Avropa Liqası/UEFA Kubokunda (13), İntertoto Kubokunda (6) 23 mövsüm keçirib.

"Tvente" 2013/14 mövsümündə "Ayaks" və "Feyenoord"dan geri qalaraq üçüncü yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb. Hazırda komandaya holland məşqçi Alfred Şkreuder başçılıq edir. 41 yaşlı mütəxəssis 2007/08 mövsümündə futbolçu kimi bu komandada çıxış edib.

 "Qarabağ"ın rəqibi ev oyunlarını Enşededəki "De Qrolş Veste" stadionunda keçirir. 10 may 1998-ci ildə istifadəyə verilən arena 2008-ci ildə təmir olunub. Stadionun azarkeş tutumu 30206 nəfərdi.

"Tvente"nin kapitanı Danimarka yığmasının 23 yaşlı müdafiəçisi Andreas Byellanddı. Kuraçao, Danimkarka, Mərakeş, Norveç, Meksika, İsveç, Almaniya, Qana, Çili, Peru və Polşadan 13 legioner çıxış edir. "Tvente"nin üzvləri müxtəlif ölkələrin yığmasında top qovur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail