Qurban Qurbanovdan acı etiraf: "QARABAĞ"I SATIBLAR!

07.08.2014 | 12975 dəfə oxunub

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Zalsburq”a iki cavabsız qolla uduzaraq mübarizəni dayandıran “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma barədə danışıb. Stadium.az xəbər verir ki, Qurbanov oyunsonrası mətbuat konfransında matç barədə belə danışıb:

“Yaxşı hazırlaşsaq da, düşündüyümüz kimi oynaya bilmədik. Bəzi futbolçulardan narazı qaldım.

Rəqib də güclü komandadır.  Artıq bu oyunu unutmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir və bu barədə düşünməliyik. Qırmızı və sarı vərəqələr almağımız bəlkə də futbolçuların istəyindən irəli gəlib. Maksim qaçdığı yerdə zədə aldı. Bunu hardasa bəxtsizlik saymaq olar. Hər halda, futbolçular da özlərini qorumalıdı.

Hakim haqda nə desək, hansısa faydası, xeyri yoxdur. Bəzi epizodlarda ola bilər ki, məşqçi onu düz görməsin. Amma elə epizodlar da oldu ki, rəqib bizim futbolçuları əllə saxlasa da, hakimin fiti susdu. Ümumiyyətlə, həm Bakıda, həm də bu oyunda düşünmədiyimiz dəyişikliklər oldu. Düzdü, hansısa komanda bir futbolçudan ibarət deyil. Bununla belə, Reynaldonun yoxluğu, İlqar Qurbanovla Maksim Medvedevin zədələnməsi planlarımızı dəyişdi. Reynaldo indi çox yaxşı formada idi. Bu gün isə ön xətdə bir qədər “dişsiz” qaldıq.

Amma çox güman həmin qarşılaşma baş tutacaq.

Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürülmüşdü

İlqar Qurbanovun zədəsi isə ciddidir. Onun əzələsində yırtıq var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail