Messinin İsrail ordusuna 1 milyon verdiyi xəbəri yalan çıxdı

02.08.2014 | 3067 dəfə oxunub

Argentina millisi və “Barselona”nın ulduzu Lionel Messinin İsrail ordusuna 1 milyon avro ayırdığı barədə xəbər yalan çıxıb. Stadium.az xəbər verir ki, iki gün əvvəl bu barədə ölkə mətbuatında bir-birindən götürülmə xəbərlər dərc olunmuşdu. "Qərb mətbuatı"na istinadən yazılan xəbərdə göstərilirdi ki, Messi bu yardımı futbol mundialı zamanı pley-off mərhələlərində əldə etdiyi mükafatlardan ayırıb.

Bu xəbər futbol ulduzununun ölkəmizdə olan yüz minlərlə fanatını məyus etmişdi, çünki İsrail ordusunun Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində 200-dən çox uşaq həlak olub və həlak olanlar arasında Messiyə rəğbət bəsləyənlər də olmamış deyil.

Məşhur futbolçu İsrail orudusuna 1 milyon dollar məbləğində yardım etməyib. O, İsraildə açılacaq və sırf futbol zədələrinin sağaldılması üzrə ixtisaslaşan futbol klinikasına deyilən həcmdə vəsait köçürüb.

Göründüyü kimi, Messinin bu humanist addımı xeyriyyəçilik məqsədi daşıyır və dünyanın bütün ölkələrindən olan futbolçuların sağlamlıqlarının bərpa olunmasına xidmət edəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail