Gürcü nazirdən "Neftçi"yə ittiham - OLAY SİYASİLƏŞİR

01.08.2014 | 4416 dəfə oxunub

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani "Neftçi" ilə "Çixura" komandaları arasındakı Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu zamanı baş vermiş toqquşmanı şərh edib. Stadium.az xəbər verir ki, Kipiani qarışıqlığın elə gecə saatlarındaca aradan qaldırıldığını bildirib. 

O deyib: "Ötən gün "Çixura"nın prezidenti ilə söhbət etdim. O, tutulanların azadlığa buraxılması üçün Gürcüstanın Daxili İşlər Nazirliyi ilə birgə çalışırdı. Bütün qarışıqlıq gecə saatlarındaca yoluna qoyulub. Azarkeşlər arasında anlaşılmazlıq baş verib. Bu, stadionlarda və idman meydanlarında tez-tez baş verir. Fikrimcə, hər şey normal başa çatacaq və özü ilə əlavə ekstsess gətirməyəcək". 

Nazir onu da qeyd edib ki, matç zamanı təhlükəsizliyin qorunması meydan sahibi  tərəfin, yəni "Neftçi"nin üzərindədir. Kipiani gələcək qarşılaşmalarda belə halların aradan qaldırılması üçün əllərindən gələni edəcəklərini vurğulayıb. Lakin Gürcüstan rəsmisi qonaq komanda azarkeşlərinin tribunada münaqişəyə səbəb olan bayraq asmalarına heç bir reaksiya verməyib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail