Reynaldo: "Baş məşqçimizin verdiyi tapşırıqların öhdəsindən gəldik" - MÜSAHİBƏ

31.07.2014 | 5839 dəfə oxunub

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda Avstriyanın "Zalsburq" klubunu 2:1 hesabı ilə məğlub etdi. Stadium.az xəbər verir ki, bu oyunda rəqibə qırmızı vərəqə aldıran, qol vuran, daha sonra özü qırmızı alan Reynaldo jurnalistlərin sualların cavablandırıb: 


- Oyun haqda nə deyə bilərsən?

- Bizim üçün ağır oyun oldu. Əsasən müdafiədən oynamalı olduq. Əks-hücumlara bel bağlayırdıq. Sevinirəm ki, belə güclü komandaya iki qol vura bildik və vacib qələbə qazandıq.

- Hücumda tək oynayırdın. Bu, çətin deyildi?

- Heç bir hücumçuya tək oynamaq asan olmaz. Üstəlik də bu cür komandaya qarşı. Ancaq ümumilikdə komandamız yaxşı oynadı. Baş məşqçimizin verdiyi tapşırıqların öhdəsindən gəldik. 

- Qırmızı vərəqə aldığın epizod haqda nə deyə bilərsən?

- Əvvəlcə həmin epizodun videosuna baxmalıyam. İndi bu barədə bir şey deyə bilmərəm. Hakimin qərarının düzgün və ya səhv olmasını da bilmirəm. Əlbəttə ki, çox təəssüflənirəm ki, növbəti oyunda komandama kömək edə bilməyəcəm. 

- “Qarabağ” Reynaldosuz “Zalsburq” səddini keçə bilər?

- Məni əvəzləyə biləcək futbolçularımız var. Mənim oynayıb-oynamayacağımdan asılı olmayaraq mərhələni keçməliyik. Bizim hazırlaşmaq üçün qarşıda bir həftə vaxtımız var. Məncə, bu vaxt ərzində yaxşı hazırlaşsaq, “Zalsburq”u keçə bilərik. 

- Düşünürsən ki, sənin və Admir Telinin yoxluğu komandaya çətinlik yaratmayacaq?

- “Qarabağ” fərdi oyunçulardan asılı komanda deyil. Bizim uğurumuz kollektiv oyunumuzun nəticəsində olur. Əvvəlki qarşılaşmalarda da gördük ki, hər birimizi əvəzləyəcək futbolçumuz var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail