Qurban Qurbanov: "Zalsburq"un qarşısını almağı bacaracağıq"

29.07.2014 | 6194 dəfə oxunub

Sabah Ağdamın "Qarabağ" klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Bakıda Avstriyanın  ən güclüsü olan “Zalsburq”la üz-üzə gələcək. Stadium.az xəbər verir ki, "Qarabağ”ınbaş məşqçisi Qurban Qurbanov bir qədər əvvəl təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ciddi rəqibə qarşı oynayırıq. Hamımız üçün maraqlı oyun olacaq. Çalışacağıq ki, sürətli, mübariz bir futbol göstərək. Rəqibin Avropa təcrübəsi çoxdur. Ancaq biz də yaxşı hazırlaşmışıq. Sabah bunun şahidi olacaqsınız.

- Bu gün “Qarabağ”ın məşq etməməsinin səbəbi nədir?

- Qərara gəldik ki, bu gün komandaya sitirahət verək. Sabah yüngül məşq edəcəyik.

- Rəqib komanda iki oyuna 11 qol vurub. Bu onu göstərir ki, “Zalsburq” çox güclüdür. Bu komandaya qarşı alternativləriniz var?

- Demək olar ki, bir həftədir rəqibi analiz edirik. Düşünürəm ki, səhv etməmişik. Həqiqətən çox sürətli bir komandaya qarşı oynayacağıq. Rəqib tez bir zamanda rəqibin cərimə meydançasına daxil olmaq istəyir və bunu bacarır. Ancaq bizim də hücumumuz və sürətimiz də onlardan az olmayacaq. Çalışacağıq ki, rəqibin güclü tərəflərini bağlayaq və zəif cəhətlərindən istifadə edək.

- Maksim Medvedyev, Reynaldo Silva və Rəşad Sadıqovun durumu necədir?

- Hər biz futbolçumuz komanda ilə məşq edir. Hər biri optimal formasını yığmağa başlayıb. 

- Siz həmişə rəqibi ətraflı analiz edirsiniz. Bu dəfə necə, “Zalsburq”u tam öyrənə bilmisiniz?

- İstədiyimiz qədər vaxtımız olmadı. Yeni baş məşqçi gəldikdən sonra “Zalsburq” daha aqressiv oynayır. "Zalsburq"un oyununu Avstriyada izləyən Elçin Rəhmanov da bizə müəyyən məlumatlar verdi. 

- Hazırkı “Qarabağ“ “Borussiya” ilə oynayan “Qarabağ”la necə müqayisə edərdiniz?

- Bu gün oyunçularımızın ustalıq səviyyəsi daha yaxşıdır. Futbolçularımız daha təcrübəldiir. Rəqibimiz də daim güclü rəqiblərə qarşı oynayıb. Düşünürəm ki, “Zalsburq”un bir neçə futbolçusu yaxın illərdə Avropanın ən güclü klublarında çıxış edəcək. “Zalsburq” bizə “Borussiya”nı xatırladır. Düşünürəm ki, futbolçularımızn rəqibin qarşısını almağı bacaracaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail