"İnter"in gürcüsü: “Neftçi” Azərbaycanın ən güclü komandasıdır"

28.07.2014 | 3872 dəfə oxunub

“Sözün düzü, “Bursaspor”u keçəcəyimizi fikirləşmirdim. Amma biz cəsarətli oyun nümayiş etdirdik. Həm maliyyə, həm də peşəkarlıq baxımından bizdən üstün olan komandanı məğlub etdik”. Stadium.az xəbər verir ki, bu sözləri vaxtilə Bakı "İnter"ində şıxış etmiş, hazırda isə  “Çixura” klubunun kapitanı olan David Odikadze Avropa Liqasının II təsnifat mərhələsində “Bursaspor” üzərində qələbə qazandıqları oyun (penaltilər – 4:1) haqda danışarkən deyib.

Təcrübəli futbolçu Avropa Liqasının III təsnifat mərhələsində rəqibləri olan “Neftçi” haqda da fikirlərini bildirib: “Neftçi”ni çoxdan tanıyıram. “Neftçi” Azərbaycanın ən güclü komandasıdır. Mən 2010-cu ildə Bakının “İnter” komandası ilə çempion olmuşam. Həmin il kubokun finalında “Neftçi” bizə qalib gəldi. Bu ilin iyun ayında “Neftçi” ilə iki yoxlama oyunu keçirdik və onları məğlub etməyi bacardıq. Ancaq rəsmi oyun yoxlama görüşündən fərqli olur. Necə deyərlər, iştah diş altındadır. “Bursaspor”u keçmişik, “Neftçi” üzərində qələbəyə də inanırıq".    
“Neftçi” – “Çixura” matçı iyulun 31-də, cavab qarşılaşması isə bir həftə sonra baş tutacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail