"İdmanxeber.com" saytının əməkdaşı "Media Kuboku"nun qalibi oldu

24.07.2014 | 4917 dəfə oxunub

22 iyul - Milli Mətbuat günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası "Media Kuboku" adı altında velosiped yarışı təşkil edib. Veloparkda keçirilən yürüşdə ölkənin müxtəlif media qurumlarını təmsil edən 40-a yaxın həvəskar velosipedçi iştirak edib.

Kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçən yarış yarımfinal və final mərhələlərindən ibarət olub. Beynəlxalq Velosipedçilər İttiqafının qaydalarına əsasən təşkil olunan yarışın 2700 metrdən ibarət yarımfinal mərhələlərində ən yaxşı nəticə göstərən 8 iştirakçı finala vəsiqə qazanıb. Beləliklə, 4500 metrdən ibarət həlledici yürüşdə 16 kişi və yarışın yeganə xanım iştirakçısı, "Olimpiya Dünyası" qəzetinin əməkdaşı Aysel Sultanova iştirak edib.

Hər biri 900 metrdən ibarət 5 dövrəni hamıdan tez www.idmanxeber.com saytının əməkdaşı Vüsal Mirzəyev başa vurmaqla "Media Kuboku"nun qalibi olub. 2-3-cü yerləri isə "Lider TV"nin əməkdaşları Savalan Vəlibəyovla Əfqan Bayramov tutub.

Qaliblər Azərbaycan Velosiped İdmanı Federasiyası, "Synergy Group" ASC və "United Sport" idman malları mağazası tərəfindən qiymətli hədiyyələrlə təltif ediliblər. Bundan başqa, yarışın qalibi AzVIF tərəfindən qiymətli velosipedlə də mükafatlandırılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail