Qurban Qurbanov: "Bu rəqiblə bizi gözləyən komanda eyni deyil"

23.07.2014 | 5038 dəfə oxunub

"Qaravağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Bakıda "Valletta"nı  4:0 hesabıyla məğlub etdi. Stadium.az xəbər verir ki, matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov azarkeşlərin sualların cavablandırıb: 

- Düşünürəm ki, vacib qələbə idi. Biz ancaq qələbə haqda fikirləşirdik. Məncə pis oyun alınmadı, sadəcə daha yaxşı oynaya bilərdik. Ancaq bu, xeyrimizə oldu və komandanın toparlanmağında rol oynadı. Yenə də çatışmazlıqlarımız var. Qarşıdan daha çətin oyunumuz gəlir. Bu rəqiblə bizi gözləyən komanda eyni deyil. Sabahdan məşqlərə başlayacağıq. Çalışacağı ki, rəqibə güclü müqaviət göstərək.

- Reynaldonun əvəzlənməsi nə ilə bağlı idi?

- O əzələsindən kiçik zədə aldı.

- Çoxları yenə "Qarabağ"a arzuolunmaz rəqibin düşdüyünü deyir...

- Xeyirlisi, qismətimiz budur.

- Sizcə, Rəşad Sadıqov və Maksim Medvedev qarşıdakı oyuna hazır olacaq?

- Qara və Maksim hazır olacaq. Rəşad isə sual altındadır. Ola bilər ki, tam hazır olmasın.

- "Zalsburq"un baş məşqçisi oyunu izləyənlər arasında idi. Ola bilər ki, Qurban Qurbanov bu görüşdə hansısa kartları gizlətsin?

- Yox, ciddi bir şey olmadı. Sadəcə o rəqibə qarşı başqa oyun oynayacağıq. Futbolçular öz işini gördülər.

- İlk oyunun evdə keçirilməsinin hansısa təsiri ola bilər?

- Təbii ki, hər bir komanda ilk oyununu səfərdə oynamaq istəyir.

- Çempionlar Liqasının oyunlarında ən böyükhesablı qələbə "Qarabağ"a məxsusdur...

- Biz belə şeylərə fikir vermirik. Ola bilər ki, digər oyunda burada 0:0, səfərdə 1:1 olsun və qalib biz olaq.

- "Valletta" önündə çatışmazlıqlar var. "Zalsburq"la oyunda bu çatışmazlıqları necə qiymətləndirirsiniz?

- Çalışacağıq ki, bu boşluqlar həmin oyunda olmasın. "Zalsburq"la qarşılaşmada açıq oyuna üstünlük verməyəcəyik. Onlarla bir az fərqli oynayacağıq, amma öz oyunumuzdan əl çəkməmək şərtilə. Top bizdə olsa da, daha çox müdafiəni düşünməliyik.

- İştirak ərizəsinə yeni oyunçu gözlənilir?

- Yox, hələ ki, elə bir şey yoxdur.



  #2   Adınız: ANAR;   E-mail: [email protected]

25.07.2014 00:01

QARABAG FK ZALSBURQA QALIB GELMELIDI VE GELECEK HEM DE 2-0
HESABI ILE.

  #1   Adınız: ANAR;   E-mail: [email protected]

25.07.2014 00:00

QARABAG FK ZALSBURQA QALIB GELMELIDI VE GELECEK HEM DE 2-0
HESABI ILE.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail