Qurban Qurbanov: " Məni qətiyyən “Zalsburq” maraqlandırmır"

21.07.2014 | 4622 dəfə oxunub

“Qarabağ” klubunun baş məşaçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə cavab oyunuöncəsi təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Rəqib artıq bizə tanışdır. İlk oyunda sonra hansı çatışmazlıqlarımız olduğunu gördük. Çox səhvlərimiz oldu. Bu da normal haldır. İstər-istəməz ilk oyunda oyunçuların hazırlıq səviyyəsi yerində olmur. Əvvəldən qeyd etmişdim ki, hansısa səhvlərimiz ola bilər. Yaxşı nəticə ilə səfərdən dönmüşük. Ancaq çox ciddi hazırlaşmışıq. Rəqib düşündüyümüzdən də güclüdür. Təcrübəli futbolçuları var. Bunu hər bir oyunçumuz başa düşür.

- Sabah “Zalsburq”dan olan nümayəndələr bu oyunu izləyəcək. Ola bilərmi “Qarabağ” tam gücünü ortaya qoymasın, hansısa eksperment etsin?

- Məni qətiyyən “Zalsburq” maraqlandırmır. Hansısa eksperment aparmağın vaxtı deyil. Bu çox riskli ola bilər. İlk növbədə “Valletta” səddini keçməliyik

- Zədəli futbolçuların durumu necədir?

- Maksim Medvedyev  sabahkı oyunda olmayacq. Rəşad Sadıqov həkim nəzarəti altındadır. O da sabah komandaya kömək edə bilməyəcək. Yəqin ki, növbəti həftə hər ikisi hazır olacaq

- “Valletta”nın oyununu  təhlil edə bilmədiyinizi demişdiniz. Buna nə səbəb oldu?

- Rəqibin heyətində xeyli dəyişikliklər baş verib.  Son yoldaşlıq oyunlarını izləmişdik. Həmin heyətlə indiki arasında böyük fərqlər var.  "Valletta"nın  göndərdiyi materiallar bizə komandanı öyrənməyə imkan vermədi.

- Oyunun bu qədər gec başlamasının səbəbi nədir?

- Orucluq ayını nəzərə almışıq. Azarkeşlərimizi də düşünürük. Onlar iftar süfrəsinə çatmalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail