"Xəzər Lənkəran" internetsiz qalıb

13.07.2014 | 4047 dəfə oxunub

"Xəzər Lənkəran" Sloveniyada ciddi problemlə üzləşib. Stadium.az xəbər verir ki, yoxlama oyunlarını canlı yayımlamaq istəyən klubun mətbuat xidməti internet bağlantısı qura bilmir.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Facebook" səhifəsində yazıb: "Artıq 3 gündü ki, yoxlama oyunlarını canlı yayımlamaq üçün data kart axtarışına çıxmışıq. Matçların keçiriləcəyi stadionda internet yoxdu. Sloveniyanın ən yaxşı provayderi olan Sloveniya Telekomun data kartında sürət 1Mb-a belə çatmır. Yayım zamanı problem yaranarsa, bunu hər kəsin anlayışla qarşılamasını istərdim".

"Xəzər Lənkəran"ın rəsmi saytı da bununla bağlı xəbərdarlıq edib: "İyul ayının 8-dən başlayaraq Sloveniya toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün toplanış müddətində ilk yoxlama oyununa çıxacaq. Komandamız Bakı vaxtı ilə saat 21.00-da Ukraynanın Premyer Liqa təmsilçisi, Lvov şəhərinin “Karpartı” klubunu sınağa çəkəcək. Oyunun “Xəzər Lənkəran”Tv vasitəsilə canlı yayımlanması üçün bütün qüvvələr səfərbər olsa da, yerli şəraitdə internet problemi yayımın keyfiyyətinə təsir edəcəyini də vurğulayaq".

Yeri gəlmişkən dünəki axşam məşqində “Xəzər Lənkəran”ın yeni transferi Rauf Əliyev də iştirak edib. Azərbaycan millisinin hücumçusu “Xəzər Lənkəran”ın toplanış müddətində transfer etdiyi 4-cü futbolçudu. Fernando Qabriel, Qalin İvanov, Alfred Sanko və Rauf Əliyevlə yanaşı Lənkəran klubu fasilə dönəmində Rəşad Sadıqov və Aleksandr Şemonayevi də heyətinə qatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail