Polşalı nazirlər Bakıda velosiped sürdülər FOTO

09.07.2014 | 3501 dəfə oxunub

Bakıda Azərbaycan Respublikası Mərkəzi Bankı və Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunda ölkəmizin də daxil olduğu Seçki Qrupunun növbəti toplantısı keçirilib. Stadium.az xəbər verir ki, tədbirlə əlaqədar ölkəmizə gələn Polşanın maliyyə naziri Mateuş Şurek və bu ölkənin Mərkəzi Bankının sədri Marek Belka iş yorğunluğunu paytaxtımızın yollarında velosiped sürməklə çıxıblar.

Azərbaycan Velosiped Idmanı Federasiyası tərəfindən tam texniki dəstək alan polşalı qonaqlar səhər saatlarında Azneft meydanından hərəkətə başlamaqla Heydər Əliyev prospektinə çıxıblar və daha sonra Buzovna - Bilgəh - Nardaran - Şüvəlan - Mərdəkan marşrutu ilə hərəkət ediblər. Yolboyu Mateuş Şurek və Marek Belka həvəskar velosipedçilərə də qoşulublar.

Bilgəhdə, dəniz kənarında yüngül qəlyanaltı edən polşalı rəsmilər daha sonra geriyə qayıdıblar. Ümumilikdə 80 km məsafə qət edən qonaqlar paytaxt yollarında gördüklərindən, Azərbaycanın günü-gündən inkişaf etməsindən, ölkəmizdə velosiped idmanına olan maraqdan və insanların isti münasibətindən razı qaldıqlarını deyiblər. (AVİF mətbuat xidməti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail