Hafiz Məmmədov “River Pleyt”i alır?

08.07.2014 | 7791 dəfə oxunub

“İnter”in futbolçusu Matiya Şpiçiç Xorvatiya mətbuatına geniş müsahibəsində maraqlı məqama toxunub. Stadium.az xəbər verir ki, ölkəsindən olan jurnalistlərə Azərbaycan karyerası haqqında da danışan 26 yaşlı sol cinah müdafiəçisi ona verilən “Legionerlərdən ən çox alanı nə qədər qazanır?” suala maraqlı cavab verib. “Əlbəttə, orda ilinə 800 mindən 1 milyon avroya kimi alanı var. İdmana çoxlu pul yatırılır. Azərbaycan bütün çempionatları keçirməyə namizəddir. Bakıda növbəti il Formula 1 keçiriləcək, Avropa Oyunları təşkil olunacaq. O cümlədən aşağı yaş qruplardan ibarət yığmalar üzrə dünya çempionatı, velosiped turları, voleybol və futzal üzrə “Dördlər Finalı” keçirilib... Bakının ətrafında hər şey edilir və yeni Dubay qurulur. Əlbəttə ki, ən məşhur investorlardan biri “Bakı”nın sahibi Hafiz Məmmədovdur. O həmçinin Madrid “Atletiko”sunun ortaqlarındandir, komandanın formalarına reklam yerləşdirir. “Atletiko”ya ilinə 20 milyon avro ayırır, oğlunun ad günündə isə “Lans”ı aldı. Bir az əvvəl isə “Şeffild Yunayted”i (əslində, “Şeffild Uensdey” – red.) 50 milyon avroya aldı, növbəti hədəf isə “River Pleyt”dir”.


Matiya Şpiçiçin Hafiz Məmmədovun “River Pleyt”I almaq barədə dediyi sözlər isə yenidir. Həqiqətənmi Məmmədov okeanın o tayında ən ünlü 2-3 klubdan biri olan “River Pleyt”i alır?



  #1   Adınız: Vüsal;   E-mail: [email protected]

08.07.2014 00:49

Fəxrimizdir, halal olsun.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail