"Qəbələ"nin yeni transferi: "Burada meydana çıxacağım günü səbirsizliklə gözləyirəm"

07.07.2014 | 3647 dəfə oxunub

"Burada meydana çıxacağım günü səbirsizliklə gözləyirəm. İtaliyadakı karyeramdan sonra həyatımda yeni səhifə açılır". Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ”nin yeni transferi Pavol Farkaş deyib.

Slovakiyalı futbolçu vətənində verdiyi açıqlamada "Qəbələ"ni seçməsində Dorinel Muntyanunun rol oynadığını bildirib: "Bu transfer elə də uzun vaxt aparmadı. “Qəbələ” rəsmilərinin düzgün işi nəticəsində tez bir zamada müqavilə bağladıq. Onu da qeyd etməliyəm ki, bu keçiddə “Vasluy”da çıxış etdiyim vaxtdan məni tanıyan baş məşqçi Dorinel Muntyanunun böyük rolu oldu”.

Farkaş çempionatımızın və klublarımızın səviyyəsi haqqında da danışıb: “Bura çox maraqlı bir yerdi. Açığı, çempionatın başlamasını səbirsizliklə gözləyirəm ki, Azərbaycan Premyer Liqasının səviyyəsini yaxşı öyrənim. Burada “Qarabağ”, “Neftçi” və “Xəzər Lənkəran” kimi güclü klublar var və onlar asanlıqla səviyyəli legionerlər gətirə bilirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail