Robben simulyasiya etdiyinə görə üzr istədi

01.07.2014 | 3322 dəfə oxunub

Futbol üzrə Hollandiya yığmasının yarımmüdafiəçisi Aryen Robben dünya çempionatının 1/8 finalında Meksika yığması ilə matçda (2:1) yol verilən xoşagəlməz məqamlara görə üzr istəyib. Stadium.az xəbər verir ki, o, qaydaların rəqib tərəfindən pozulmasını simulyasiya etməyə çalışmışdır.

“İnterfaks” agentliyi Robbenin bu sözlərini sitat gətirib: “Mən üzr istəməliyəm. Matçın sonunda penalti oldu. Lakin birinci taymda mən qəsdən yıxılırdım. Mən belə etməməliydim. Adətən mən on bir metrlik cərimənin reallaşmasına ciddi yanaşıram. Lakin bu dəfə qərar qəbul etməliydim. Özümü rahat hiss edirdim. Lakin bu, Huntelara lazım idi. O, buna layiqdir. Mən sevincimdən ağlamaq istəyirəm. Çox güclü hisslərdir. Biz qalib gəlmək istəyirdik, birlikdə mübarizə aparırdıq. Mən bu gənc komanda ilə qürur duyuram”.

Aryen Robben matç zamanı iki dəfə cərimə meydanında yıxılsa da, portuqaliyalı hakim Pedru Proensa qaydanın pozulması faktlarını qeydə almayıb. Lakin kompensasiya edilən vaxtda, hesab 1:1 olanda Robben meksikalı müdafiəçi Rafael Markesin zərbəsi ilə yenə də yıxılıb. Bu dəfə referi 11 metrlik cərimə zərbəsi təyin etmişdir. Cərimə zərbəsini hücumçu Klas-Yan Huntelar vurub.

Niderland yığmasının qapıçısı Yasper Sillessen bildirmişdir ki, Robbenin yıxılması həmişə həqiqətə oxşayır: “Robbenin yıxılması həmişə həqiqətə oxşayır. Hakim birinci taymda penalti təyin etmədi, halbuki edə bilərdi. Əvəzində bunu əsl məqamında etdi. Aryenə inanmamağa heç bir əsasım yoxdur”.

Meksika yığmasının baş məşqçisi Migel Errera əmindir ki, həlledici penaltiyə səbəb olan Robben kompensasiya edilən vaxtda da simulyasiya edib. Hakim Proensanın hərəkətlərini tənqid edən məşqçinin fikrincə, o, bu cür səviyyəli turnirdə işləməyə layiq deyil.

“The Gardian” qəzetinin yazdığına görə, M. Errera deyib: “Penalti əsasız təyin edildi. Ümidvarıq ki, hakimlər komitəsi bu vəziyyəti araşdıracaq və həmin hakim evinə yollanacaqdır. Biz dünya çempionatını tərk edirik, çünki oyunun aqibəti əlimizdə deyildi”

M.Errera xatırladıb ki, dünya çempionatının gedişatında onun komandası artıq bir neçə dəfə hakim səhvlərinin qurbanına çevrilib: “Oynadığımız dörd matçın üçünü qorxunc hakimlər idarə etmişlər. Kamerun ilə matçda iki qolumuz nəzərə alınmadı, Xorvatiya ilə görüşdə isə bizi penaltidən məhrum etdilər. Bu gün isə referi açıq-aydın Hollandiya yığmasını dəstəkləmiş və sonunda qondarma penalti zərbəsi təyin etdi”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail