"Qəbələ"də 60 min dollar qalmaqalı -ÖZƏL

29.06.2014 | 5631 dəfə oxunub

Yarandığı gündən bəri böyük pullar xərclənən “Qəbələ” klubu əldə etdiyi nəticələrlə deyil, daim qalmaqallarla gündəmə gəlir. Elə olay yaradacaq daha bir maraqlı məlumat əldə etmişik. Stadium.az saytına daxil olan məlumata görə, millimizin keçmiş futbolçusu Rail Məlikov “Dənizlispor”dan “Qəbələ”yə keçərkən 60 min dollar pul “silinib”.

İş ondadır ki, bu transferi həyata keçirən klub rəsmiləri rəhbərliyə Railin bonservisinin olduğunu və keçid üçün “Dənizlispor”a 60 min dolların ödənməli olduğun bildirib. Belə də olub. Sözdə Dənizli klubuna 60 min dollar ödənib. Ancaq ortada maraqlı bir məqam var. Rail Məlikov “Dənizlispor”dan “Qəbələ”yə keçərkən müqaviləsi başa çatmışdı. Yəni azad agent idi və istədiyi kluba keçə bilərdi. Belə olan halda niyə rəhbərliyə 60 min dollar ödənməli olduğu bildirilib? Rəhbərliyin razılığı ilə qarşı tərəfə verilməli olan 60 min dollar kimin cibinə gedib? Rəhbərliyin bundan xəbəri varmı?

Görünən odur ki, daha əvvəl mətbuatda səsləndiyi kimi yenə də, "Qəbələ"də transferlər zamanı kimlərsə yaxşı pullar mənimsəyir.


Məsələylə bağlı “Qəbələ”nin də mövqeyin saytımızda yerləşdirə bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail