"Topaz"a borcu olduğu üçün 36 ev soydu

29.06.2014 | 4389 dəfə oxunub

Xəzər rayon Polis İdarəsi axır ki, rahat nəfəs aldı. Hər iclasda xatırladılan çoxsaylı ev qarətləri ilə əlaqədar açılmamış cinayət işlərinin üstü açıldı. 


Stadium.az "vesti.az"a istinadən xəbər verir ki, Xəzər rayon Polis İdarəsindən bildirilənə görə, operativ-axtarış əməliyyatı nəticəsində Albalı qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Allahverdiyev Cavad İlqar oğlu saxlanılıb. 

Allahverdiyev bir evin qarəti ilə əlaqədar saxlanılıb. Onun 30-dan çox qarətə aidiyyatı olduğunu öyrənən polislər təəccüblənib. Bu gün üçün ona açılan cinayət işində Cinayət Məcəlləsinin 177-ci maddəsi üzrə 36 epizod mövcuddur.

Allahverdiyev qarətləri tək edib.

Saxlanılan şəxs dindirilmədə fəhlə işlədiyini, çox az qazandığını söyləyib. Qarət haqqında fikrə futbol totalizatoru TopAz-da 3000 manat uduzduqdan sonra gəlib. Bu məbləği borc alıb və qaytarmaq üçün qarət etməyi qərara alıb. Bu, 8 ay öncə olub.

Əvvəllər Allahverdiyevin qanunla problemi olmayıb. Bu sahədə təcrübəsi olmasa da o qarət məsələsinə peşəkar kimi yanaşıb.

Birinci qarətdən sonra Allahverdiyev bir qədər zaman gözləyib. Ondan heç kimin şübhələnmədiyini görən Allahverdiyev ikinci qarəti törətməyi qərara alıb. Allahverdiyev Dostoyevskinin qəhrəmanı Rodion Raskolnikov kimi: “Həddi aşana qədər...” düşünürdü.

Bundan sonra Allahverdiyev ayda 3-4 qarət törədib. Evdə qurbanlarını diqqətlə seçib. Yalnız qapıda qıfıl asılan evlərə girib. Xəzər rayonunda boş ev çoxdur. Yarımçıq tikilən qonşu evlərdən Allahverdiyev nəzərdə tutduğu evlərə soxulub. Orada bir neçə dəqiqə dayanaraq evdə heç kimin olmamasından əmin olduqdan sonra pəncərədən içəri daxil olub. Evdə başqa qiymətli əşyalar olsa belə yalnız pul və qızıl əşyaları götürüb.

Oğurlanmış qızılı tanış bir qadına satmağa verib.

Allahverdiyev bir neçə dəfə səhv edərək adam olan evlərə daxil olub. Bir dəfə ev sahiblərini sevişərkən haqlayıb. Allahverdiyev qarət etməyərək sakitcə evdən çıxıb. Qadın və kişi elə məşğul olublar ki, evdə kənar şəxsin olduğunu belə hiss etməyiblər.

Bir dəfə Allahverdiyev girdiyi evdə ev sahibi olan qızın hamamda çimdiyini görüb. Onu qorxutmamaq üçün gedib.

Allahverdiyevi iki dəfə küçədə polislər saxlayıblar. Amma o özünü elə aparıb ki, asayiş mühafizəçiləri heç nədən şübhələnmədən onu buraxıblar.

Kriminalistlər bir məqama diqqət yetiriblər. Allahverdiyev demək olar ki, heç iz buraxmayıb, çox güman ki, əlcəklə işləyib. Bir neçə dəfə iz qoysa da əməliyyatçılar üçün bu izləri tapmaq çətin olub. Polislər Allahverdiyevi DİN-in məlumat bazasında axtarıblar, düşünüblər ki, bu cür təmiz yalnız təcrübəli oğru işləyə bilər. Amma görünür ki, səhv ediblər. Xoşbəxtlikdən polislər onun izinə düşməyin yolunu tapıblar...

Xəzər RPİ-də qeyd olunana görə, Allahverdiyev ilə aparılan istintaq eksperimenti bir daha zərərçəkənlərin çox zaman oğurlandığından daha böyük məbləği dedikləri faktını təsdiqlədi. Allahverdiyev ilə bağlı işdə də belə oldu. Belə istintaq eksperimentlərinin birində zərərçəkən Allahverdiyevin oğurladığı məbləğdən qat-qat üstün bir məbləğ deyib. Amma Allahverdiyev onun yalan danışdığını sübut edə bilib.

İstintaq hələ qarət edilən pulun ümumi məbləğini hesablamayıb. Fakt üzrə istintaq davam edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail