Azərbaycan komandası Sloveniyada

18.06.2014 | 3908 dəfə oxunub

Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” iyunun 19-22-də “Tour of Slovenia” yürüşündə mübarizə aparacaq. Stadium.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 8 velosipedçimiz çıxış edəcək.

Məşqçilər korpusu Sloveniya turunda Azərbaycanın U-23 milli komandasının üzvləri Tural İsgəndərov və Samir Cəbrayılova, eləcə də Maksim Averin, Metyu Bremmier, Markus Eybeger, Konnor McConvey, Yan Sokol və Aleksandr Surutkoviçə iştirak imkanı yaradıb. 4 mərhələdən ibarət yarışda iştirakçılar ümumilikdə 514 km məsafə qət edəcəklər.

Diqqət çəkən məqam “Tour of Slovenia”da 4 Pro-Tur komandasının da iştirak etməsidir. Bunlar “Cannondale”, “Orica-GreenEdge”, “Katusha” və “Lampre-Merida” kollektivləridir. Adları çəkilən klubların üzvləri planetin ən nüfuzlu velosiped yarışı sayılan ”Tour de France”da da iştirak edəcəklər.

Qeyd edək ki, şüarı "Davamlı gələcəyə doğru" olan "Synergy Group" ASC Azərbaycanın ilk peşəkar velokomandası "Synergy Baku Cycling Project"in baş sponsorudur. (AVİF mətbuat xidməti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail