Nazir Azad Rəhimovun Yunanıstana rəsmi səfəri başlayır

16.06.2014 | 3885 dəfə oxunub

16 iyun 2014-cü il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Yunanıstanın Afina şəhərində Beynəlxalq Olimpiya Akademiyasının təşkil etdiyi Gənc İştirakçıların 54-cü Beynəlxalq Sessiyasının açılış mərasimində iştirak edəcək. Stadium.az xəbər verir ki, göstərilən tarix eyni zamanda  Parisin Sarbonna Universitetində baş tutmuş İlk Olimpiya Konqresinin 120 illiyi və 1961-ci ildə Qədim Olimpiyada təşkil olunmuş Beynəlxalq Olimpiya Akademiyasının Gənc İştirakçılar üçün ilk Sessiyasının açılışının ildönümü ilə də üst-üstə düşür.

Tədbirdə Yunanıstan Respublikasının prezidentinin, Yunanıstan Olimpiya Komitəsinin prezidentinin, Yunanıstanın mədəniyyət və idman nazirinin və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Dr. Tomas Baxın da daxil olduğu Beynəlxalq Olimpiya Ailəsinin rəsmi şəxslərinin iştirakı nəzərdə tutulmuşdur.

Səfəri çərçivəsində nazir Azad Rəhimov Delfi və Qədim Olimpiyaya səfər edəcək, Saloniki şəhərinin meri və Makedoniya və Frakiya üzrə dövlət naziri, Şimali Makedoniya regionunun qubernatoru və Yunanıstanın Təhsil və Din İşlər üzrə naziri Andreas Loverdos ilə görüşlər keçirəcək.  A.Rəhimov 16-19 iyun 2014-cü il tarixdə Yunanıstanın Saloniki şəhərində keçiriləcək Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının 3-cü Üzvlər İclasına da qatılacaq.  Tədbirin həyata keçirilməsində dəstək Saloniki Şəhər Meriyası və Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təmin olunur. Həmçinin, YUNESKO-nun Yunanıstandakı milli komissiyası, yerli təşkilatlar və Yunanıstanın 2014-cü il Avropa İttifaqına Sədrliyi çərçivəsində görüşlərin keçirilməsi də nəzərdə tutulub. Üzvlər İclası zamanı təşkilata üzv təşkilatlar cari məsələləri müzakirə edəcək, 2015-ci ilin icra planı təsdiq olunacaq və İttifaqa gələcəkdə üzv olmaq istəyən yeni təşkilatlar öz təqdimatlarını edəcəklər. (AGİN mətbuat xidməti)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail