"Neftçi"dən açıqlama gəldi: "Neftçi" bu futbolçunu tanımaq belə istəmir"

03.06.2014 | 6528 dəfə oxunub

Bir qədər əvvəl xəbər vermişdik ki, “Neftçi” Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umarı transfer etmək istəyir. Bu barədə isə “Azerisport” saytı xəbər yaymışdı. Çox keçmədi ki, “Neftçi” bu xəbəti təkzib etdi. Stadium.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu barədə şəxsi “facebook” səhifəsində məlumat yayıb: “Dəyərli jurnalist dostlarım...
Azerisport portalı “Neftçi” PFK-nın Əlcəzairin "Əl-Harraş" klubunun yarımmüdafiəçisi Həmzə Ait Umarı transfer etmək niyyətində olduğu haqda xəbər yayıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, adı çəkilən futbolçunu “Neftçi” klubu tanımır, tanımaq belə istəmir. Əlcazair mətbuatına istinadla yazılmış xəbər həqiqəti əks etdirmir. Bu “Neftçi”nin adından istifadə edərək, özünü reklamdan başqa bir şey deyil. Biz “Neftçi” məni istəyir deyərək,qiymətini qaldırmaq niyyəti güdmüş futbolçular haqda da az məlumat almamışıq. İctimaiyyətin diqqətinə çatdırmaq istəyirik ki, “Neftçi” bu yay maksimum 2 transferlə kifayətlənəcək. Yeni mövsümdə Samir Məsimov, Məqsəd İsayev eləcə də digər gənclərimizlə səviyyəli legionerlərin vəhdətindən təşkil olunmuş “Neftçi”nin izləyəcəksiniz. “Neftçi” PFK olaraq strategiyamız komandanı gəncləşdirməkdən ibarətdir. Bu “Neftçi”nin iddiasız olacağı anlamına gəlmir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail