Tale Heydərov "III Qəbələ kuboku" haqda danışdı

29.05.2014 | 4119 dəfə oxunub

"Qəbələ" klubunun prezidenti Tale Heydərov bu gün start götürən "III Qəbələ kuboku" haqda fikirlərini bildirib. Stadium.az xəbər verir ki, turnirin açılışında çıxış edən klub prezidenti yarış iştirakçılarını salamlayıb və gənc futbolçulara öz tövsiyələrini verib:

"Doğma şəhərimizdə sizləri görmək bizim üçün xoşdur. Bu turnir təbii gözəlliyi ilə seçilən Qəbələyə əlavə rəngarənglik qatır. Qəbələ kuboku turniri sadəcə futbol yarışı deyil, eyni zamanda bir bayramdır. Ümid edirəm ki, bu bayram "fair play" qaydaları çərçivəsindən kənara çıxmayacaq. Siz yeniyetmə futbolçular gözəl oyunla yanaşı komanda yoldaşlarınıza, rəqibə, hakimlərə, məşqçilərinizə və tamaşaçılara hörmət etməli və bununla da idmanın dostluq və sülh prinsiplərini uca tutmalısınız. İstər meydançada, istərsə də meydançadan kənarda göstərəcəyiniz alicənablıq peşəkarlığa doğru atdığınız bu önəmli addımları daha da sürətləndirəcək.
  
İnanıram ki, “III Qəbələ kuboku” hər birinizin yaddaşlarında həm gərgin idman mübarizəsi, həm də “fair-play”in qələbəsi kimi dərin iz buraxacaq. Sizlərə uğurlar arzulayır və hər birinizi gələcəyin peşəkar futbolçusu kimi görməyə ümid edirəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail