“Fortuna Səbail” yeni mövsümdən Azərbaycan çempionatında çıxış edəcək - YENİ

25.05.2014 | 8781 dəfə oxunub

Azərbaycan futbol ailəsinə ''İçəri Şəhər'' adıyla qədəm qoyan klub keçən mövsüm son anda birinci dəstədə çıxış etmək imkanından məhrum olunca, rəhbərlik daxili strategiyanı dəyişərək peşəkar deyil, aşağı yaş qruplarından ibarət komanda toplamaq qərarına gəldi. Klubun təsisçilərindən və sahiblərindən olan Yusif Həsənovun diliylə desək, zirvədən başlayıb aşağı yuvarlanmaqdansa, təpədən zirvəyə qalxmaq daha önəmlidir. Məhz bunu əsas götürən rəhbərlik artıq bu ilin mart ayında seleksiya keçirərək 2000-2001 təvəllüdlü istedadlı uşaqları komandaya cəlb etdi. Geridə qalan müddətdə adını ''Fortuna Səbail''ə dəyişən klubun başbilənləri bu addımı İçəri Şəhər Dövlət Tarix və Memarlıq Qoruğu ilə ümumi razılığa gələ bilməmələri, habelə qoruq tərəfindən irəli sürülən şərtlərin onları heç cür qane etmədiyi ilə əlaqələndirdi. Niyə məhz “Fortuna Səbail'' sualına isə cavab kimi yoldaş Həsənov klubun rəhbər və texniki heyətindən tutmuş, yeniyetmə futbolçulara qədər əksəriyyətinin paytaxtın mərkəzi rayonu sayılan Səbaildə məskunlaşmasını, habelə komandanın keçmiş adı olan İçəri Şəhərin də məhz bu rayonda yerləşməsini nəzərə aldıqları üçün “Səbail” adına üstünlük verdiklərini bildirdi. Maraqlıdır ki, klub elə adı çəkilən rayonda yerləşən Bayıl stadionunda məskunlaşıb. Bu da çox güman ki, azarkeş dəstəyinə hesablanmış addımdı.

Yeni mövsümdən 15 yaşa qədər yeniyetmələr arasında AFFA-nın təşkili etdiyi ölkə çempionatına qatılmağı hədəfləyən komanda aprelin 15-dən etibarən adı çəkilən stadionda həftədə 3 dəfə məşq keçməklə yeni mövsümə hazırlığına start verib. Məşqlərlə azyaşlı  futbolçulara məşq keçməklə bərabər həm də, həftə içi bir dəfə nəzəri futbol bilikləri də tədris olunmaqdadı. Komanda bu bazar “Bayıl” stadionunda AZAL-dan olan həmyaşıdarına qarşı ilk yoxlama görüşünə çıxıb. İlk ciddi sınağını vemriş olan yeni komandanın üzvləri məğlub olmalarına baxmayaraq xoş təsir bağışlayan komandanın oyun üslubunda özünəməxsusluq və intizam sezilməkdəydi. Cəmi 1 aydı ki, bir yerdə olan uşaqların bir-birini gözüyumulu başa düşmələrində klubun məşqçiləri Vladislav Ledyayevlə Tərlan Salmanovun əməyi danılmazdı. Oyuna gəlincə, ərazi ütünlüyünə malik olmalarına baxmayaraq, fiziki yorğunluq və bir oyunçunun qırmızı vərəqə alması ''Fortuna Səbail''in sonda məğlubiyyətiylə  nəticələndi.

Diqqətdən yayınmayan məqamlardan biri də oyunu “VİP loja”da izləyən qonaqlar arasında AFFA ilə əməkdaşlıq edən ''Bakcell'' şirkətinin nümayəndəsi Ayaz Əhmədovun da olmasıydı.

Əhmədov ''Bakcell''in ''Mançester Yunayted'' klubu ilə artıq ikinci ildir ki, birgə həyata keçirdiyi ''Mançester tətilləri'' layihəsinin əsas təşəbbüskarlarından biridi. Yeni yaranan klubun oyunçularının meydana İtalyinan tanınmış idman geyimləri istehsatçısı olan ''Givova''nın formalarda meydana çıxmasıydı. Komandanın digər təsisçisi, əsas söz sahibi Ziya Əliyevin bildirdiyinə görə, sahib olduğu klub artıq İtaliya şirkətiylə əməkdaşlıq etməkdədi və gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Əliyev həm də vurğuladı ki, komandası ölkəmizdə “Givova'' ilə əməkdaşlıq edən ilk klubdu. “Givova'' Apennin yarımadası klublarından ''Kataniya'' və ''Torino'' kimi A seriyası təmsilçilərini idman formalarıyla təchiz edir.


ORXAN



  #1   Adınız: Xanlar;   E-mail: [email protected]

26.05.2014 08:03

Oxudum meglub olmamimiza baxmayaraq biz Azal komandasi ile
bacardiq

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail