AFFA Mirhüseyn Seyidovun "qırmızısını" nəyə və kimə görə ləğv edib?

23.05.2014 | 8165 dəfə oxunub

Azərbaycan Kubokuna sahib olan “Neftçi” klubu çempionatda medalsız qaldı. Düz 3 mövsümdən sonra...

“Neftçi” Premyer Liqanın son turunda Zaqatalada “Simurq”u uda bilsəydi, indi həm də bürünc medalçı idi. Bununla da Zaqatalada itirilən 3 xal həm də, komandaya üçüncü yer bahasına başa gəldi. Stadium.az saytı olaraq bu oyunla bağlı başqa bir məqama toxunmaq istəyirik. Məsələ ondadır ki, oyunun 45-ci dəqiqəsində “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə rəqib futbolçunun ayağına bilərəkdən zərbə endirdiyi üçün hakim Fariz Yusifov tərəfindən birbaşa qırmızı vərə aldı. “Neftçi” bu oyunda birdə 90+4-cü dəqiqədə qırmızı vərəqəylə cəzalandırıldı. Bu dəfə isə Mirhüseyn Seyidov “Simurq”lu futbolçunu vurduğu üçün qırmızı vərəqə aldı.

Tam ədalətlə demək olar ki, baş hakim Fariz Yusifov hər iki halda çox düzgün qərar verdi. Xüsusən də Seyidovun hərəkəti qəti olaraq futbolçuya yaraşmazdı. Mirhüseyn bir anlığa emosiyalara qapılaraq həm daşıdığı ada, həm də futbolçuya yaraşmayan hərəkət edərək rəqib oyunçunu arxadan bilərəkdən təpiklədi.

Hər iki qırmızı vərəqəylə bağlı AFFA İntizam Komitəsinin mayın 20-də çıxartdığı qərarı təqdim edirik:

17 may 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXXVI turunun “Simurq” – “Neftçi” matçının 45+1-ci dəqiqəsində “Neftçi” klubunun 32 №-li futbolçusu Elvin Yunuszadə aqressiv hərəkətə görə 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 38.3).

Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova aqressiv oyuna görə birbaşa qırmızı vərəqə göstərilmişdir. Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edir (maddə 19.2).

AFFA İnzitam Komitəsinin Mirheseyn Seyidovun kobud oyunuyla bağlı qeyd etdiyi Lakin matçın videoyazısını izlədikdə futbolçunun həmin epizodda rəqibə qarşı kobud oynamadığı və hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilmişdir. Bu səbəbdən də, İntizam Komitəsi “Neftçi” klubunun 19 №-li futbolçusu Mirhüseyn Seyidova göstərilmiş qırmızı vərəqəni ləğv edir” sözlərinin nə qədər haqsız olduğunu bilmək üçün yazının sonunda sizə təqdim olunan linkə daxil olaraq baxa bilərsiz. Mirhüseyn həmin epozodda rəqib futbolçuya qarşı o qədər kobud oynadığının fərqindədir ki, Yusifovun göstərdiyi qırmızı vərəqə heç bir reaksiya vermir və etiraz etmir.

Maraqlısı odur ki, “Neftçi” klubu mövsüm ərzində bir çox qırmızı üçün AFFA-ya müraciət edib. Cari mövsümdə ən çox “qırmızı” alan komanda olan “Neftçi”də yalnız bir dəfə Araz Abdullayevə verilən “qırmızı” (“Qarabağ”la oyundan sonra) və bir dəfə də Flavinyoya göstərilən sarı vərəqə ləğv olunub. Bundan başqa klub dəfələrlə vərəqələrə görə AFFA-ya müraciət etsə də, fikirləri nəzərə alınmayıb. Maraqlıdır ki, Mirhüseyn Seyidovun “qırmızısı” üçün “Neftçi” klubundan AFFA-ya heç kim müraciət etməyib. Bu barədə klubla əlaqə saxladıq və təsdiqlədilər ki, belə xahişdə bulunmayıblar. Çünki qərarın haqlı olduğunun fərqində olublar.

Bəs nə üçün Mirhüseynin “qırmızısı” ləğv olundu? Bunun arxasında nələr dayanır? AFFA-dakı bəzi “oğlanlar” niyə özlərin “mələk” kimi göstərməyə çalışır?

Daim ədalətdən dəm vuran AFFA-dakı bəzi gədəçələr Mirinin rəqib futbolçunu bilərəkdən vurduğun necə görməyiblər? Ya başqa oyunun videoyazısına baxıblar, ya da həmin anda korluqları tutubmuş.

Məsələylə bağlı maraqlı məlumat əldə etdik. Aldığımız məlumata görə, bununla bağlı Mirhüseynin dostlarından biri AFFA-da söz sahibi olan şəxsdən xahiş edib və məhz bu səbəbə görə onun “qırmızısı” ləğv olunub. Digər tərəfdən isə Mirhüseyn Seyidov “Neftçi”də aparıcı futbolçu deyil. Yəni onu komandada əvəzləyəcək oyunçu(lar) var. Ancaq “Neftçi”də müdafiənin dayağına çevrilməkdə olan Elvin Yunuszadə isə aparıcı futbolçudur. Məhz bu səbəbdən də, Miri üçün edilən xahiş qəbul olunub. Yəqin ki, eyni xahişi Elvinin hansısa dostu AFFA və ya PFL-də əsas şəxslərdən xahiş etsəydilər qəbul olunmayacaqdı.

Əslində isə Elxan Məmmədovla Ramin Musayevin əlində oyuncaq olan AFFA İntizam Komitəsini qınamaq da olmur. Onsuz da ordakılar arı yeyib, qırı da nömrə əvəzinə arxalarına baqlayıblar. Sadəcə bu dəfə bu qərarın – Mirhüseyn Seyidovun “qırımızısı” “Neftçi” klubunun xəbəri olmadan belə niyə ləğv olundu, heç anlamaq olmur.

Ortada istən isə ancaq ədalətdir. Ancaq unutmaq lazım deyil ki, yuxarıda adı çəkilən iki şəxsin rəgbərlik etdiyi komitə ədaləti “acı kahve” əvəzinə çoxdan “yudum yudum” içiblər...

Ümid Baba. Stadium.az saytı üçün

QEYD: Elvin Yunuszadənin qırmızı vərəqə aldığı ana baxmaq üçün 58:30-dan sonraya baxın. Mirhüseyn Seyidovun “qırmızı” aldığı anı izləmək üçün isə 02:02:30-dan sonrasını izləyin.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail