Rövnəq Abdullayev "Qarabağ" və "Araz Naxçıvan"dan danışdı

17.05.2014 | 3374 dəfə oxunub

AFFA-nın prezidenti Rövnəq Abdullayev "Qarabağ"ın Azərbaycan Azərbaycan çempionu olması və birinci diviziondan yüksək liqaya vəiqə qazanan "Araz Naxçıvan"ın uğurları barədə danışıb. Stadium.az federasiyanın rəsmi saytında yer alan Abdullayevin fikirlərin təqdim edir: "Azərbaycan Premyer Liqasında bu gün keçirilmiş qarşılaşmalarla XXII ölkə çempionatına yekun vuruldu. Mövsüm ərzində bir çox maraqlı oyunların, gərgin idman mübarizəsinin şahidi olduq. “Qarabağ” klubunu Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə təbrik edir, UEFA Çempionlar Liqasında Ağdam təmsilçisinə uğurlar diləyirəm. O cümlədən UEFA Avropa Liqasında mübarizə aparacaq klublarımıza da qələbə sevinci arzulayıram.

Çempionat başa çatdı və idman prinsiplərinə uyğun olaraq, bu il Azərbaycan Premyer Liqasını sonuncu yerdə başa vurmuş “Rəvan” klubu növbəti mövsümdə mübarizəni birinci divizionda, müvafiq olaraq, birinci divizionun qalibi olmuş “Araz-Naxçıvan” komandası isə yüksək liqada davam etdirəcək. Hər iki kluba növbəti mövsümdə uğurlar arzulayıram".

Abdullayev daha sonra mayın 22-i Azərbaycan kubokunda baş tutacaq "Qəbələ" - "Neftçi" final matçı haqda da danışıb: "Məlum olduğu kimi, mövsümə Azərbaycan kuboku uğrunda yarışın mayın 22-də “Neftçi” və “Qəbələ” komandaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. İnanıram ki, azarkeşlər hər iki komandanın ifasında maraqlı futbol tamaşası izləyəcək və daha yaxşı, daha əzmkar oyun nümayiş etdirən komanda kubok yarışının qalibi olacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail