Böyükağa Hacıyev: "Təəssüf ki, uşaqlar deyilən tapşırıqları yerinə yetirə bilmədilər"

07.05.2014 | 3726 dəfə oxunub

“Qarşımıza qoyduğumuz məqsədə nail ola bilmədik. AZAL-la oyunda qələbə qazanmaq istəyirdik, alınmadı. Heyətdəki çatışmazlıqlar özünü göstərdi. Araz Abdullayev və Ernest Nforun oynamırdı, buna baxmayaraq, Samir Məsimovun xoş təsir bağışladığını qeyd etməliyəm. Komandaya demişdim ki, bu iki matçda qələbə qazansalar, son turda onları Zaqatalaya səfər etməkdən azad edəcəm. Ora əvəzedici heyətlə getməyi, əsas heyətə kubok öncəsi istirahət verməyi düşünürdüm. Amma mübarizə sona kimi davam edəcək". Stadium.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan Premyer Liqasının 34-cü turunda AZAL-la bərabərə (0:0) qaldıqları oyundan sonra deyib.

Təcrübəli mütəxəssis bildirib ki, "Qəbələ"nin onları turnir cədvəlində keçməsi müvəqqətidir: "Çünki "Qəbələ" növbəti turda “İnter”lə qarşılaşacaq. Biz isə “Rəvan”ı udmağa çalışacağıq. Üçüncü yer uğrunda mübarizə Zaqatalada yekunlaşacaq. Əsas vəzifəmiz kuboku qazanmaqdır. Komanda bu gün yaxşı mübarizə apardı, amma məqsədimizə nail ola bilmədik. Son vaxtlar fərqli heyətlərlə oynayırıq, istədiyimiz effekti ala bilmədik. Cinahlardan hücum etməyi tapşırmışdım. Çünki, rəqib azlıqda qaldıqdan sonra əsasən müdafiənin mərkəzində toplaşmışdı. Təəssüf ki, uşaqlar deyilən tapşırıqları yerinə yetirə bilmədilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail