Xəyal Zeynalov Gəncədə gənc qapıçıların yetişdirilməsinə başlayıb FOTOLENT

01.05.2014 | 8980 dəfə oxunub

AFFA tərəfindən Gəncə şəhərində salınan süni örtüklü meydançada qapıçıların yetişdirilməsinə başlanılıb. Stadium.az xəbər verir ki, hazırlıq prosesini "Kəpəz" futbol klubunun təcrübəli qapıçıları Xəyal Zeynalov və Tariyel Hüseynov keçir. Təhsil Respublika İdman Mərkəzinin Gəncə Filialının məşqçi müəllimləri təlimə 15 müxtəlif yaşlı qapıçıları dəvət edib. Gənc məşqçilər ilk məşq günü əsasən idmançılarla tanış olub, ardınca isə yungül məşqlərlə kifayətləniblər. 
Mərkəzin direktoru Xəyal Zeynalov bu kimi məşqlərin keçirilməsini çox yüksək qiymətləndirib və bundan sonra da qapıçılarla məşqlərin keçirilməsində əlindən gələn köməyi əsirgəməyəcəyini bildirib. Böyüməkdə olan gənclərin təcrübəli qapıçıların bilik və bacarığına yiyələnməsi üçün belə məşqlərin mütamadi olaraq təşkil olunması nəzərdə tutulub.

Həqiqətən futbol məktəbi və məskəni olan, ancaq böyük futboldan uzaq qalan Gəncədə belə addım atılması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Gərək AFFA da bu işə biganə yanaşması, layihədə əlindən gələni edən Xəyal Zeynalovla Tariyel Hüseynova dəstək olsun. Çünki görünən odur ki, bu iki futbol adamı gənc futbolçuların yetişməsi üçün əllərindən gələni edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail