Böyükağa Hacıyev "Qarabağ"a "sataşdı"

27.04.2014 | 4666 dəfə oxunub

Premyer Liqasının 32-ci turunun mərkəzi oyununda “Neftçi” səfərdə turnir cədvəlinin lideri “Qarabağ”la qarşılaşdı. Stadium.az xəbər verir ki, hərəyə bir dəfə fərqlənən tərəflər 1-1 hesablı heç-heçəyə nail oldu. "Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev qarşılaşma barədə danışdı: “Bu gün bir-birinə layiq iki komanda mübarizə aparırdı. Heyətimizdə bir neçə futbolçu yox idi. Fikrimcə, heç-heçəlik oyun idi, qol epizodları çox olmadı. Rəqib qapıçının cərimə meydançasından kənarda oynamasına və Reynaldonun ilk dəqiqələrdəki hərəkətinə qırmızı vərəqə verilməli idi. Yəqin ki, “Qarabağ” bu il çempion olacaq, onlara uğurlar arzulayıram. “Neftçi”nin Avropada göstərdiyi nəticəni təkrar etsələr biz də sevinərik. Gənc futbolçularımız çoxdur, çəkinmədən onlara şans veririk. İstədiyimiz an, istədiyimiz rəqibə sübut edərik ki, biz varıq. Məşqçi kimi mənim səhvlərim olub. “Qarabağ”da seleksiya işləri yüksək səviyyədədir. “Qarabağ” bu cür heyətlə qrup mərhələsinə düşməyəcəksə, bəs nə vaxt düşəcək?”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail