Ülvi Süleymanov: "Bakıyla müqayisədə Lans qəsəbə kimi yerdi"

22.04.2014 | 6032 dəfə oxunub

“Lans” “Bakı”nın prezidenti Hafiz Məmmədovundur. Məhz bu amildən yararlanaraq “Bakı”nın istedadlı gəncləri Lansa göndirilir ki, orada perespektivləri açılsın. Bu gənclərdən biri də Ülvi Süleymanocdur. Gələcəyinə böyük ümidlər bəslənən Ülvi qışda iki ay “Lans”ın düşərgəsində oldu. Bir neçə gündən sonra isə yenidən Fransaya yollanacaq. Ülviylə də elə bu məsələlər barədə söhbət etdik:

- İki ay Fransada “Lans”da oldun. Fərqlər çoxdur?

- Futbol baxımdan bizdən çox üstündürlər. Həm çox sürətli oynayırlar, həm də stadiona çoxlu azarkeş gəlir. Məşqlərimiz olduqca yüksək səviyyədə keçirdi. Sadəcə şəhərdə adam çox sıxılırdı. Ya məşq edib futbl oynayırdıq, ya da yatırdıq. Bu da çox darıxdırıcıdır.

- Aşağı yaş qruplu millilərdə də oynamısan, “Bakı”nın əsas komandasında da məşq etmisən. “Lans”ın məşq prosesində üstün olanlar nə idi?

- Məşq prosesləri həqiqətən fərqlidir. Burada 4-5 ötürməylə məşq ediriksə, orda maksimum iki ötürmədir. Çox sürətli məşq edirlər, olduqca tez fikirləşməlisən. Artıq topu qəbul etməmişdən nə edəcəyini bilməlisən. Orda hər şey ağılladır.

- “Lans”da nə öyrənə bildin?

- Daha tez oynamağı, daha tez fikirləşməyi, sürətli pas verməyi. Burda ötürməni biraz bərk verən kimi komanda yoldaşım deyir ki, niyə belə sürətli pas verirsən... Orda isə belə deyil, hər şey çox sürətlidir.

- Bakıyla Lans arasında fərq çoxdur?

- İnanın ki, Lansı Bakıyla müqayisə etmək olmaz. Bakıyla müqayisədə Lans qəsəbə kimi yerdir. İstirahət etmək, vaxt keçirmək üçün yer yoxdur.

- 19 yaşın var. Sənin vaxt keçirəcək yox, daha yaxşı futbolçu olmağa cəhd edən vaxtındır...

- Əlbəttə, belədir. Mənim yaşımda olanlar İspaniyada, İngiltərədə əsas komandalarda çıxış edirlər. Mən də həmişə düşünürəm ki, onlardan nəyim əksikdir ki?! İndi “Lans”da mənim üçün bir qapıdır. Allah bu şansı mənə verib. Orda özümü yaxşı tərəfdən göstərib, yayda - iyunda da klubla müqavilə bağlayacam. Onsuzda xaricdə futbolçumuz yox kimidir. İnşAllah adlar çəkiləndə, mənim də adım olacaq.

- Klubda sizə diqqət necə idi?

- Hər şey normal idi.

- Bəs nə dəyişdi ki, getdiz iki aydan sonra döndüz və neçə aydan sonra yenidən gedirsiz?

- Biz Bakıya novruz bayramında ailələrimizin yanında olmaq üçün gəlmişdik. Sonra da bizə bir söz deyən olmadı və qaldıq. Bir qədər əvvəl isə “Lans”ın idan direktoru gəlmişdi və bizi yenidən dəvət etdilər.

- Bəs oynamağınıza nə mane oldu?

- Bizi əsas komandaya yollamışdılar. Ancaq əsas yox, ikinci komandayla onların U-19-da məşq etdik. Oynaya bilməməyimizə səbəb isə Mahir Mədətovla Valeh Seyidovun 18 yaşının tamam olmaması idi. Məndə isə 18 yaş tamam olmuşdu. Fransa Futbol Federasiyasından qərar gəlməliydi, amma gəlmədi. Qaldı yaya.

- Bildiyim qədəriylə Milinko Pantiç də səni “Bakı”nın əsas komandasında görmək istəyir. Burada qalmaq istəyirsən, yoxsa “Lans”a getmək?

- “Bakı” mənim doğma klubumdur. Fransa söhbəti olmasa təbii ki, burada qalaram. Ora da məni elə “Bakı” yollayır. Fransada oynamaqla xarici menecerlərin gözünün qarşısında olacağıq. “Lans”da daha yaxşı oynayıb, daha güclü kluba da keçə bilərəm.

- Səncə niyə U-19-a dəvət alımırsan?

- Arif müəllimin vaxtında dəvət alırdım, son toplanışda da məni bəyəndiyini demişdi. Sonra elə oldu ki, baş məşqçi Nikolay Adam gəldi. Adamın baş məşqçiliyi altında U-16 və U-17 millilərdə də oynamışam. İndi çox maraqlıdır ki, U-19-a dəvət etmir. Yəqin bir səbəb bilir də. Mənimlə də arası həmişə çox yaxşı olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail