"Neftçi"yə hansı türkiyəli baş məşqçi gəlir: - Şenol Günəş, yoxsa Rza Çalımbay?

16.04.2014 | 4067 dəfə oxunub

"TRT Avaz" kanalında efirə gedən “Futbol Avrasiya” verilişində "Neftçi" ilə bağlı maraqlı iddia səsləndirilib. Stadium.az xəbər verir ki, Bakı klubunun yayda baş məşqçisini dəyişəcəyi bildirilir. Bir müddət əvvəl yayda komandanı tərk edəcəyini deyən Böyükağa Hacıyevin yerini türk mütəxəssisin tutacağı iddia olunub. Bildirilib ki, bu posta hazırda Şenol Günəş və Rza Çalımbay namizəddi.

Şenol Günəşin son iş yeri "Trabzonspor" olub (2009-2013). 1988-1989, 1993-1997 və 2004-2005 mövsümlərində də Trabzon klubuna başçılıq etmiş mütəxəssis "Boluspor", "İstanbulspor", "Antalyaspor", "Sakaryaspor" və Cənubi Koreyanın "Seul" klublarını çalışdırıb. 2000-2004-cü illərdə Türkiyə millisinə başçılıq etmiş 61 yaşlı mütəxəssis DÇ-2002-nin və bir il sonra keçirilən Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb.

Rza Çalımbay isə bu mövsüm "Çaykur Rizəspor"a başçılıq edib (2013/14). 51 yaşlı mütəxəssis əvvəllər "Göztəpə", "Dənizlispor", "Beşiktaş", "Ankaraspor", "Eskişəhərspor" və "Sivasspor" klublarını çalışdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail