Mustafa Dənizli: "Məcburiyyətdən bu cür heyətlə oynayırıq"

29.03.2014 | 4705 dəfə oxunub

"Qol vuran komanda qalib gələcəkdi. Premyer Liqada çox iddiamız olmadığımız üçün bəzi çətinliklərlə üzləşirik. Yerli futbolçuların zədəli olması işimizi çətinləşdirir. İstədiyimiz heyəti qura bilmirik. Bu oyun bizdə müsbət bir təəssürat yaradacaq oyundur. Həm evdə, həm də səfərdə bərabər oyun oldu. Çoxlu qol epizodu yarada bilmədik, oynaya biləcəyimiz oyunu oynamadıq". Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Premyer Liqanın 28-ci turunda "Neftçi"yə 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib. Dənizli qarşılaşma ərzində etdiyi dəyişikliklərin səbəblərindən də danışıb: "Zohair komandanın ən yaxşılarından idi, çox yorulduğu üçün onu əvəzlədim. Vandersonu irəli çəkib Slaviki onu mövqeyində oynatdıq. Alxasov Araza qarşı uğurlu oynaya bilmədi. Müdafiəni gücləndirməli idik. Adrian Piti belə bir yüksək təzyiqi olan oyunda oynatmağım düzgün deyildi. Üç aydır ki, rəsmi oyun oynamayıb. Qış fasiləsində istədiyimiz 3 azərbaycanlı oyunçunu transfer edə bilmədik. Bütün yük Rahidlə Elnurun üzərinə düşdü. 4 yerli futbolçu ilə davam edirik. Bundan sonrakı oyunlarda dəyişikliklər etməliyik. Məcburiyyətdən bu cür heyətlə oynayırıq. Yerli futbolçuların sayını artırmalıyıq. 4 gənc futbolçumuz var”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail