“Neftçi” - “Xəzər Lənkəran”: 10 illik ölkə derbisində 33-cü oyun

27.03.2014 | 5000 dəfə oxunub

Premyer Liqanın son dövrəsinin start turu “Böyük oyun”la əlamətdar olacaq. Stadium.az xəbər verir ki, paytaxtda üz-üzə gələcək “Neftçi” ilə “Xəzər Lənkəran” 10 illik rəqabətin tarixində 33-cü dəfə qarşılaşacaq. 3 dəfə Azərbaycan kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 28 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb.

İndiyədək baş tutan qarşılaşmalar kimin güclü olduğunu müəyyənləşdirməyib. Belə ki, həm “Xəzər Lənkəran”, həm də “Neftçi” 9 dəfə qalib gəlib. Lənkəranlıların qələbələrindən ikisi xüsusi əhəmiyyət kəsb edib. Bunlardan biri ilə Superkuboku başı üzərinə qaldıran “ağ-yaşıllar” ölkə kubokunda da rəqibini mübarizədən kənarlaşdırmağı bacarıb.

14 dəfə isə “Böyük oyun”un qalibi müəyyənləşməyib. Lakin heç-heçənin qeydə alındığı bu görüşlərdən birinin taleyi penaltilər seriyasında həll olunub. Azərbaycan kubokunun finalında “Neftçi” qalib gəlib. Səfərdəki 15-ci “Böyük oyun”a qədər “Xəzər Lənkəran” rəqib meydanında 2 dəfə qalib gəlib və 6 dəfə bərabərliklə kifayətlənib.

Bu 14 oyunda meydan sahibləri 23, qonaqlar 13 qol vurmağı bacarıb. “Böyük oyun”larda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dır. Komanda 2011-ci il martın 3-də kubokun ¼ finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.

"Neftçi"nin də qələbə qazandığı vacib oyunlar olub. Belə ki, 2004-2005 mövsümünün sonunda çemionu müəyyənləşdirən "Qızıl Oyun" da və ötən mövsüm ölkə kubokunun finalında "Neftçi" gülən tərəf olmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail