UEFA millilər arasında yeni turnir təşkil edir

26.03.2014 | 4427 dəfə oxunub

UEFA yeni turnir təsis etməyi planlaşdırır.Stadium.az xəbər verir ki, qitə futbol qurumu milli komandalar arasında Millətlər Liqası keçirməyi götür-qoy edir. Sözügedən turnirin yığmalar arasında təşkil edilən beynəlxalq yoldaşlıq matçlarını əvəzləməsi müzakirə mövzusudur. Yarışın iki ildən bir keçirilməsi planlaşdırılır.

UEFA İcraiyyə Komitəsi bu ideyaya müsbət yanaşsa da, turnirin formatının necə olacağı bəlli deyil.

Avropa zonasına daxil olan ölkələrin 4 diviziona bölünəcəyi təxmin edilir. Yarımfinal və final matçlarının “Dördlər finalı” formatında neytral meydanda təşkili nəzərdə tutulub. Üstəlik, aşağı divizionlarda qalib gələn yığmaların Avropa çempionatına vəsiqə ilə mükafatlandırılması da nəzərdən keçirilir. Millətlər Liqasının DÇ-2018-dən sonra təşkil ediləcəyi güman olunur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail