Böyükağa Hacıyev AFFA və PFL-i "bombaladı"

01.03.2014 | 5177 dəfə oxunub

“Xəzər Lənkəran”la oyundan sonra müdafiədəki boşluqlarımızı gördük. Eyni xəttdə oynayan müdafiəçilərimiz qırmızı vərəqə almışdı, onların yerini doldura bilmədik". Stadium.az xəbər verir ki, bunları "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev "Qarabağ"la oyundan (1:4) sonra keçirilən mətbuat konfransında deyib.

O, "Neftçi"nin son uğursuz çıxışlarında PFL-i günahlandırıb. Hakimlərin onlara qarşı qərəzli qərarlar verdiyini bildirib: "Artıq “Neftçi” PFL-in arzuladığı kimidir. Araz Abdullayevin epizodunda qırmızı var idi? Almeyda Nforun başından vurdu, qırmızı vermədilər. Məqsədləri nədir? Xaqani Məmmədov hakimlərin yüksək səviyyədə olduğunu deyir. “Neftçi”ni bu hala salanlar düşünməlidir. Dünya statistikasında eyni oyunda bir xətt oyunçularının qırmızı vərəqə almasını görməmişəm. Bu gün “Qarabağ” qalib gəldi, əgər çempion olacaqlarsa, indidən təbrik edirəm. Ramosun 7 sarı vərəqəsi var idi, birini də bu gün verdilər, gələn oyunda oynamayacaq. Məqsədləri “Neftçi”ni bir neçə il öncəyə qaytarmaqdır. Bizim haqqımız yeyilib. Cəzalı futbolçular bir neçə oyundan sonra qayıdacaq. Boşluqları doldurmaq olduqca çətindir. Kiminsə “Qarabağ”a simpatiyası “Neftçi”dən çox ola bilər. Rəqib 2-0 hesabı ilə öndə idi, qırmızı vərəqəyə ehtiyac var idi? “Neftçi”yə qarşı çox amansızdırlar. Deyirlər ki, “Neftçi”ni dartırlar. Belə kömək edirlər? Keçən il də, bu il də bunun şahidi olduq". “Qarabağ”ı qələbə ilə təbrik edirəm, Avropada uğurlarımızı təkrarlamağı arzu edirəm. Lənkərandakı uğursuzluqda hakimin rolu 85% idi. “Rəvan”ın son oyununda iki penalti və qırmızı vərəqə verdilər. Bu cür vəziyyəti yaradan da bizim futbol mütəxəssisləridir. Bəzi insanlara futbolun inkişafı lazım deyil. 

Hacıyev komandasının oyunu haqda da danışıb. Futbolçuların çıxışını ayrı-ayrılıqda dəyərləndirib, onların zəif təsir bağışlamasının səbəblərini izah edib: "Altı oyunçumun yeddi sarı vərəqəsi var idi, onları qorxa-qorxa oynadırdıq ki, cəzalı duruma düşməsinlər. Rəşad Sadiqov çox yaxşı yarımmüdafiəçidir. Oyunboyu istəklə oynayır, ola bilər oyunu alınmasın, insandır, mərkəz xəttdə aparıcı qüvvədir. Əvəzetmələrlə ehtiyatlı olmaq lazımdır. Son oyunlarda Mirhüseyn daha yaxşı təsir bağışlayır, bu gün də qol vurdu. Məşqçi səbrli olmalıdır”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail