"Bakı"nın daxilindən Zeynal Məmmədovu "vururlar"

26.02.2014 | 7162 dəfə oxunub

Hafiz Məmmədovun uzun müddətdi «Bakı»da həyata keçirmək istədiyi islahatlarin gerçəkləşməsinə çox az qalıb. Müəyyən problemlər var ki, bu üzdən prezident klubdakı struktur islahatlarını bir neçə dəfə təxirə salıb. Ancaq indi bunun üçün elə bir ciddi maneə qalmayıb. Stadium.az xəbər verir ki, vəziyyətin belə olması klub daxilində narahatlıq yaradıb. Daxildəki 1-2 şəxs hadisələrini inkişafını öz xeyrinə dəyişdirmək üçün bəzi mətbu orqanlarla «əməkdaşlıq edir» və Ramin Musayevin nəzarətindəki saytlar da aldığı informasiyaları səxavətlə tirajlayır.

 Burda məqsəd prezidentin qardaşı Zeynal Məmmədovu və klubda rəsmən fəaliyyətə başlaması gündəmə gələn Vaqif Heydərlini «zərərsizləşdirməkdi». «Portu» ilə «Bakı»nı reklam müqavilə bağlaması üçün bir araya gətirən tanınmış FİFA menecerinin yenidən «zolaqlılar»a xidmət göstərməsi zaman məsələsidi. Düzdü, o, son 8 ayda «Qəbələ»yə bir neçə futbolçu satsa da, «Bakı»dan xeyir götürməyib. Bununla belə, bəzi «Bakı» rəsmiləri Heydərlinin, onun da üstündən Z.Məmmədovu «vurmaq» üçün mətbuatda «qara piar»ı gücləndirib. 

Aydındı ki, vitse-prezidentin Latviyaya köçməsi, bu ölkədə biznes fəaliyyəti göstərməsi barədə informasiyalar bir «mənbə»dən sızdırılır. Lakin İzi azdırmaq üçün əl atdıqları «yol» maraq doğurmaya bilməz. Belə ki, həmin «mənbə» Zeynal Məmmədovun Latviyaya nə üçün ara-sıra getməsinin səbəbini doğru-dürüst bildiyi halda, yalandan başqa səbəbi ortaya atır ki, şübhələri özündən yayındırsın. Həmçinin Zeynal Məmmədovun adına çıxarılan transferlərlə bağlı xəbərlər. Rəqəmlər fərqli, yəni, şişirdilmiş göstərilir. 

sportinfo.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail